Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Beyləqan rayonunun Milabad qəsəbə sakini Ə.Məmmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
08.06.2023
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Milabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədovdan qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Ağdaş rayonunun Qarasu Qumlaq kəndi ərazisində yabanı halda bitmiş 1 ton 250 kiloqram çəkidə çətənə kolları məhv edilib
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qarasu Qumlaq kəndi ərazisində yabanı halda bitmiş 1 ton 250 kiloqram çəkidə 2735 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Ağdam rayonunun Sarıçoban kənd sakini S.Həsənova və qardaşı A.Babayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 156 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Sarıçoban kənd sakini S.Həsənova və qardaşı, əvvəllər məhkum olunmuş A.Babayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 156 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Sosial şəbəkələrdə kredit verəcəyi və Şuşa şəhərinə tur təşkil edəcəyini vəd edərək insanları aldadan şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinə naməlum şəxsin “instagram” sosial şəbəkəsində vətəndaşlara müxtəlif şirnikləndirici vədlər verərək dələduzluq yolu ilə onları aldatdığı barədə çoxsaylı şikayətlər daxil olub. Həmin məlumatlar əsasında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunazidd əməlləri törədən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Mustafayev saxlanılıb.Ətrafında keçirilən tədbirlərlə müəyyən edilib ki, Rüfət Mustafayev son bir neçə ay ərazində “instagram” sosial şəbəkəsində “kredit evi”, “faize.pull2022” və digər adlarda səhifələr yaradaraq kredit verəcəyi, eləcə də Şuşa şəhərinə tur təşkil edəcəyini vəd edərək 120 fakt üzrə vətəndaşlara qarşı dələduzluq edib. Bu və digər üsullarla o, zərərçəkənlərin 30 min manata yaxın pulunu ələ keçirib. Araşdırma zamanı Rüfət Mustafayevin bəzi faktlar üzrə zərərçəkənlərin bank kartlarında olan məlumatları ələ keçirməklə hesablarda olan pul vəsaitlərini oğurladığı da müəyyən edilib. Aşkar edilən faktlarla bağlı araşdırmalar davam etdirilir. Rüfət Mustafayevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər. Sonda bir daha vətəndaşlar sosial şəbəkələrdə şəxsi məlumatlarını paylaşan zaman maksimum dərəcədə diqqətli olmağa, əmin olmadıqları səhifələrə əvvəlcədən ödəniş etməməyə çağırırıq.
Gün ərzində ölkə ərazisində qeydə alınan 84 cinayətin açılması təmin olunub
İyunun 8-də ölkə ərazisində qeydə alınan 84, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Yol polisi nasaz, həmçinin texniki baxışa təqdim edilməyən avtobus sürücülərinə qarşı tədbirlərə başlayıb
Xəbər verdiyimiz kimi vətəndaş məmnunluğunun təmin edilməsi, eləcə də nəqliyyat vasitələri sahiblərinə fasiləsiz xidmət göstərilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib. Eyni zamanda, xidmətin fasiləsiz təşkili nəticəsində gündüz saatlarında sərnişin daşınması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılıb. Yaradılan şəraitə baxmayaraq sürücülər arasında müxtəlif yollarla nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək istəməyənlərə hələ də rast gəlinir. Texniki baxışa təqdim edilməyən avtobuslar isə sərnişinlərin və yollarda digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradır.
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
07.06.2023
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. İyunun 5-də Bakı şəhəri və Şamaxı rayonu ərazilərində keçirilən belə tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması faktları aşkar olunub.İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması) və 262.2.3-cü (içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması) maddələrinin tələblərini pozduqlarına görə Bakı şəhəri Suraxanı rayonunda Zığ qəsəbəsinin icra nümayəndəsi, Şamaxı rayonunda Sabir, Həyəli, Mədrəsə və Şəhriyar qəsəbələrinin bələdiyyə sədrləri, Şərədil kəndi ərazisində “Sərin Meşə” adlanan restoranın direktoru, Avaxlı kəndində bir vəzifəli, Sabir qəsəbəsində 2 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Suraxanı rayonu ərazisindəki evlərin birində quldurluq əməlini törətməkdə şübhəli bilinən üç nəfər saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub
İyunun 7-də gecə saatlarında bir qrup şəxsin Suraxanı rayonu ərazisindəki evlərin birindən quldurluq yolu ilə 870 manat pul, 1 ədəd qızıl üzük, 2 ədəd mobil telefon, 1 ədəd televizor, 1 ədəd qol saatı, 1 ədəd gümüş saat, 1 ədəd sadə boyunbağı və sənədləri talayıb aparmaları barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub. Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Sabunçu qəsəbəsi ərazisində Zəngilan rayon sakini N.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən B.İbayev saxlanılaraq istintaqa təhvil verilib
İyunun 7-də saat 17 radələrində Sabunçu qəsəbəsi ərazisində Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş N.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla bu əməlin 29 yaşlı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.İbayevin törətməsinə əsaslı şübhələr müəyyən olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 29,120-ci maddəsi (Adam öldürməyə cəhd) ilə cinayət işi başlanılıb.Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə B.İbayev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Zərdab rayonunun Şahhüseynli kənd sakinləri Ş.Osmanovdan və K.Heydərovdan qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şahhüseynli kənd sakinləri Ş.Osmanovdan və K.Heydərovdan qanunsuz saxladıqları 2 ədəd “TOZ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.