Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
M.Mahmudovun yaşadığı evə baxış zamanı oradan 18 qramdan artıq metamfetamin, 17 qrama yaxın heroin, 1 kiloqram 935 qram marixuana və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb
13.06.2023
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş M.Mahmudovun yaşadığı evə baxış zamanı oradan 18 qramdan artıq metamfetamin, 17 qrama yaxın heroin, 1 kiloqram 935 qram marixuana və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 13-də saat 7 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri H.Sarıyevin idarə etdiyi “Hyundai” və R.Yusubovun idarə etdiyi “VAZ-21703” markalı avtomobillər toqquşub və sonradan “Hyundai” yolun kənarında dayanan Sumqayıt şəhər sakini F.Məmmədova məxsus “Opel” markalı avtomobilə dəyib. Nəticədə “Hyundai” markalı avtomobildə olan sərnişin, Göygöl rayon sakini Z.Abdullayev hadisə yerində ölüb, “Opel” markalı avtomobildə olan 1 sərnişinə və “VAZ-21703” markalı avtomobilin sürücüsünə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 13-də saat 11 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Sabirabad rayon sakini Q.Mürsəlov idarə etdiyi “QAZ-3110” markalı avtomobili daş hasara vurub və nəticədə hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Samur rayon sakini A.Hacıverdiyev yerləşdirildiyi xəstəxanada ölmüşdür
İyunun 12-də saat 2 radələrində Qusar rayonunun Samur qəsəbəsi ərazisində rayon sakini A.Hacıverdiyev idarə etdiyi “Opel” markalı avtomobili beton arakəsməyə vurub. Nəticədə sürücü və 2 sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib. Onlardan H.Hacıverdiyev orada ölüb.Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oğuz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 13-də saat 18 radələrində Oğuz şəhəri ərazisində rayon sakini R.Həsənovun idarə etdiyi “VAZ-2106” və Zaqatala rayon sakini R.Saadovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106” markalı avtomobildə olan sərnişin İ.Abbasov hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 10-da Qəbələ rayonu ərazisində keçirdikləri tədbirlər zamanı Vəndam, Nic, Zarağan kəndləri ərazilərində qanunsuz kömür istehsalı, Nohurqışlaq kəndində qanunsuz çınqıl daşınması, Qəbələ şəhəri, həmçinin Həmzəli, Qəmərvən, Kiçkik Pirəli, Sarağan kəndləri və Almadağ adlanan ərazidə məişət tullantılarının tutumlardan kənara atılması, Emirvan kəndində isə məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci (dövlət ekoloji ekspertizanın müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizanın rəyi ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi), 228-ci (lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması), 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduqlarına görə Emirvan kənd bələdiyyəsinin sədri və rayon sakinləri olan 11 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
12.06.2023
İyunun 12-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Yasamal rayonunun M.Həsənov küçəsində 74 yaşlı bir qadının cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən E.Babayev saxlanılıb
Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 9-da M.Həsənov küçəsində 74 yaşlı bir qadının içərisində pulu, sənəd və bank kartı olan cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş E.Babayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Məmmədov saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 5-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən pul və 1800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisindən silah-sursat tapılıb
Binəqədi RPİ 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Xocəsən qəsəbəsi ərazisindən “AKS-74” markalı avtomat silah və 7 ədəd patron tapılıb.