Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
"Xaşxaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilmişdir
14.06.2023
Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri "Xaşxaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Əlimədətli kəndi ərazisində yabanı halda bitmiş 6,3 tondan artıq çəkidə 27.915 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri "Xaşxaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Gülüstan qəsəbə sakini E.Ələkbərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 65 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 14-də saat 14 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini H.Mehdiyev idarə etdiyi “İnfiniti” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib. Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
13.06.2023
İyunun 13-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.İbayev saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 30-da Z.Bünyadov prospektində yerləşən köşklərin birindən 1525 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş A.İbayev saxlanılıb. Araşdırma aparılır.
Avtomobildən 5000 manat dəyərində qol saatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov müəyyən olunaraq saxlanılıb
İyunun 11-də Nizami rayonunun Ş.Mirzəyev küçəsində yerləşən avtoyuma məntəqələrinin birində avtomobildən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Nizami 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla “Chevrolet” markalı avtomobildən 5000 manat dəyərində qol saatının qeyri-aşkar şəraitdə oğurlanması məlum olunub. Əməliyyat tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Evlərin birindən pul və 6600 manat dəyərində qızıl-zinəıt əşyaları oğurlamaqda şübhəli bilinən Gədəbəy rayon sakini S.Məhərrəmov saxlanılıb
Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və 6600 manat dəyərində qızıl-zinəıt əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini S.Məhərrəmov saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 13-də saat 6 radələrində Gəncə şəhəri ərazisində “VAZ-2107” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Gəncə ŞBPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsinin şəhər sakini olan bir yeniyetmə tərəfindən qaçırılması, idarə edərkən Ozan küçəsində işıq dirəyinə, daha sonra isə bir evin hasarına və dəmir qapısına vurması müəyyən olunub. Ona xəstəxanada ilkin tibbi yardım göstərilib.Yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb. 3-cü Polis Bölməsində araşdırma aparılır.
Saatlı rayonunun Əlisoltanlı kənd sakini G.İmanovdan qanunsuz saxladığı “Toz-18” markalı ov tüfəngi götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Əlisoltanlı kənd sakini G.İmanovdan qanunsuz saxladığı “Toz-18” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
“Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilmişdir
Füzuli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində işğaldan azad olunmuş Qocəhməd kəndi ərazisində 60 sot sahədə yabanı halda bitmiş 220 kiloqram çəkidə 1953 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində N.Astanovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 112 ədəd çətənə kolu və 3,9 kiloqrama yaxın qurudulmuş marixuana aşkar olunaraq götürülüb.Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Nardaran qəsəbəsi Ləhiş bağlar sahəsində yaşayan E.Mahmudovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 150 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində işğaldan azad edilmiş Cinli kəndi ərazisində 27 hektar sahədə yabanı halda bitmiş 4 ton çəkidə 28087 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
1 hektar sahədə yabanı halda bitmiş 3,2 ton çəkidə 6050 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xocavənd kəndi ərazisində 1 hektar sahədə yabanı halda bitmiş 3,2 ton çəkidə 6050 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.