Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhəri ərazisindən “Toyota” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Xəlilov həmin avtomobili idarə edərkən saxlanılıb
05.06.2023
Sumqayıt şəhəri ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Xəlilov iyunun 4-də həmin avtomobili idarə edərkən saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən “BMW” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini C.Ağayev saxlanılıb
Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Nəsimi rayonu ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonunu H.Seyidzadə küçəsindən motosikleti qaçırmaqda şübhəli bilinən P.Qasımov Sumqayıt şəhəri ərazisində motosikletlə birgə saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri ilə iyunun 3-nə keçən gecə H.Seyidzadə küçəsindən “Yamaha” markalı motosikleti qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş P.Qasımov Sumqayıt şəhəri ərazisində motosikletlə birgə saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində “İsuzu” markalı bir avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Y.Nəsirov saxlanılıb
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 30-da rayon ərazisində “İsuzu” markalı bir avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Y.Nəsirov saxlanılıb.Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olması müəyyən olunub.
Nizami rayonu ərazisindəki evlərin birindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən S.Məmmədov saxlanılıb
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb.
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Saatlı rayon sakini K.Qarayev saxlanılıb
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 830 manat dəyərində siqaret, spirtli içki və gigiyenik vasitənin oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş K.Qarayev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun Abşeron rayonunun Saray qəsəbəsində daha iki marketdən 1560 manat dəyərində tütün məmulatı, ətirlər və 1960 manat dəyərində qeyri-qida məhsulları oğurlaması da müəyyən olunub.
Şahbuz rayon sakinləri Ə.Yolçuyevdən və Y.Məhərrəmovdan qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Naxçıvan MR DİN Hava Nəqliyyatında Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şahbuz rayon sakinləri Ə.Yolçuyevdən və Y.Məhərrəmovdan qanunsuz saxladıqları 2 ədəd markası və nömrəsi silinmiş ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Şəmkir şəhər sakinləri A.Məmmədovdan və M.Sadıqovdan ov tüfəngləri götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakinləri A.Məmmədovdan və M.Sadıqovdan 2 ədəd ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Səbail rayonunun Yeni Salyan yolu küçəsində “Hyundai” markalı avtomobil aşıb
İyunun 5-də saat 5 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində Bakı şəhər sakini T.Şiriyev idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı reklam lövhəsinə vuraraq aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan qardaşı isə xəstəxanaya yerləşdirilib.Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Sabunçu polisi həftəsonu Nardaran və Bakıxanov qəsəbələrində əməliyyat keçirib
Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Nardaran qəsəbəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mirzədadaş Cəlilov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı xüsusi qulluq edərək yertişdirdiyi 97 ədəd çətənə kolu, eləcə də 2 kiloqram 200 qram marixuana aşkar edilib.Bölmə əməkdaşlarının Bakıxanov qəsəbəsində həyata keçirdikləri növbəti əməliyyat zamanı isə narkotik madddələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Vüqar Rəhimov saxlanılıb. Bu şəxsin üzərindən və evindən isə 2 kiloqram 500 qram marixuana aşkar olunub.Qeyd edək ki, may ayı ərzində Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 75 nəfər saxlanılıb. Həmin şəxslərin hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilirQeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 45 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.