Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yevlax rayon sakini Z.Babayevdən 439 qrama yaxın marixuana götürülüb
11.06.2023
Mingəçevir Şəhər Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Yevlax rayon sakini əvvəllər məhkum olunmuş Z.Babayevdən 439 qrama yaxın marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində “Nissan” markalı avtomobillə paytaxt sakini H.Rəhmanova vurulub
İyunun 11-də saat 21 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.İsgəndərov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini H.Rəhmanovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Füzuli rayonunun Fin qəsəbəsi ərazisində “VAZ-21074” markalı avtomobillə piyada vurulub
İyunun 11-də saat 9 radələrində Füzuli rayonunun Fin qəsəbəsi ərazisində rayon sakini B.Quliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Y.İmanovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində “Ford-Transit” markalı avtomobili aşıb
İyunun 11-də saat 18 radələrində Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində rayon sakini C.Feyzullayev idarə etdiyi “Ford-Transit” markalı avtomobili aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Salyan şəhəri ərazisində “Mercedes” markalı avtomobillə velosiped sürən rayon sakini B.Səmədov vurulub
İyunun 12-də saat 1 radələrində Salyan şəhəri ərazisində Astara rayon sakini F.Məlikov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosiped sürən rayon sakini B.Səmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən B.Səmədov orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Tovuz rayonunun İbrahimhacılı kəndi ərazisində “VAZ-2106” və “VAZ-21074” markalı avtomobillər toqquşub
İyunun 11-də saat 20 radələrində Tovuz rayonunun İbrahimhacılı kəndi ərazisində rayon sakinləri M.Zeynalovun idarə etdiyi “VAZ-2106” və O.Abbasovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub və nəticədə “VAZ-21074” markalı avtomobil aşıb. Həmin avtomobildə olan sərnişin E.Hüseynov hadisə yerində ölüb.Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
10.06.2023
İyunun 10-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Nəsimi rayonu ərazisində “Hyundai” markalı avtomobillə paytaxt sakini C.Qaçayeva vurulub
İyunun 9-da saat 9 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini C.Hacılı idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini C.Qaçayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada iyunun 10-da orada ölüb. Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Paytaxtın Neftçilər prospektində “Tofaş” və “VAZ-2106” markalı iki avtomobildən oğurluq etməkdə şübhəli bilinən İmişli rayon sakini M.Hüseynov saxlanılıb
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 7-dən 10-dək olan müddətdə Neftçilər prospektində “Tofaş” və “VAZ-2106” markalı iki avtomobildən 1100 manat dəyərində dinamik, ehtiyat hissələri və səs gücləndiricilər oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini M.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhərində 2 nəfərə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəhər sakini A.Məlikov saxlanılıb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda 2 nəfərin mobil telefonlarını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məlikov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.