Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Lənkəran rayonu ərazisində avtomobildən 2,6 kiloqram heroin, 480 qram metamfetamin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb
15.06.2023
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bürcəli kənd sakini, əvvəllər məhkum olunmuş A.Malıyev, Bakı şəhər sakinləri E.Ağayev və N.Əzimov saxlanılıblar. E.Ağayevin idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı oradan 2,6 kiloqram heroin, 480 qram metamfetamin və 2 kiloqram 130 qram marixuana aşkar edilərək götürülüb.
Zaqatala şəhər sakini R.Heydərovdan 3 kiloqramdan artıq marixuana götürülüb
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Heydərovdan 3 kiloqram 150 qram marixuana aşkar edilərək götürülüb.
Mayın əvvəlindən Suraxanıda narkotiklərin satışını təşkil edən və üzərində qanunsuz olaraq odlu silah saxlayan 49 nəfər saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis orqanlarının əməkdaşları tərəfindən son günlərdə Hövsan, Yeni Günəşli, Qaraçuxur, Bülbülə, Əmircan qəsəbələri və digər ərazilərdə keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 9 nəfər - Vüsal Məhərrəmov, Əfqan Qədimov, Nazim Əsgərov, Polad Cəfərov, Elşən İsrafilov, Şahin Mustafayev, Zahid Məmmədov, Sergey Pimenov və Elman Nəzərov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 8 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib.Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.Qeyd edək ki, Suraxanı rayonunda cari ilin may ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 45 nəfər saxlanılıb. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Qeyd edilən dövr ərzində Suraxanı rayonunda üzərində qanunsuz olaraq silah saxlayan daha 4 nəfər də tutularaq məsuliyyətə cəlb edilib. Onlardan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd tapança, 1 ədəd “TOZ” markalı müvafiq sənədləri olmayan tüfəng və 12 ədəd patron aşkar edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub
14.06.2023
İyunun 14-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Pirallahı rayonunun Pirallahı qəsəbəsindəki evlərin birində M.Qafarzadəni qətlə yetirməkdə şübhəli bilinən R.Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib
İyunun 15-də saat 2 radələrində Pirallahı rayonunun Pirallahı qəsəbəsindəki evlərin birində M.Qafarzadənin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla qəsəbə sakini R.Niftəliyevin münaqişə zəminində M.Qafarzadəyə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində R.Niftəliyev sübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Süleymanov müəyyən olunaraq saxlanılıb
İyunun 13-də saat gecə saatlarında Xətai rayonu ərazisində Saatlı rayon sakini olan bir nəfərin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Süleymanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
7000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən ev sahibəsinin oğlu Ü.Əhmədov müəyyən edilərək saxlanılıb
İyunun 8-də Binəqədi rayonunun Dərnəgül qəsəbəsindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibəsinin oğlu Ü.Əhmədov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
2 mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Səmədov müəyyən olunaraq saxlanılıb
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində “Tufan” markalı 2 mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş B.Səmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bank kartından hesabındakı 590 manatı oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini İ.Abdullayev müəyyən olunaraq saxlanılıb
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 12-də şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 590 manatı oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini İ.Abdullayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən Abşeron rayonunun Hökməli qəsəbə sakini A.Əzimov müəyyən edilərək saxlanılıb
Abşeron rayonunun Hökməli qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Əzimov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.