Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisində iki avtomobilin toqquşması nəticəsində sərnişin H.Hüseynov aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada orada ölüb
15.06.2023
İyunun 15-də saat 17 radələrində Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisində Xətai kənd sakini V.Nəbiyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobilin sərnişini Ağstafa şəhər sakini H.Hüseynov arxa qapını açaraq bərabər istiqamətdə hərəkət edən “VAZ-21723” markalı avtomobilin sürücüsü K.Əsədova söz demək istəyərkən avtomobillərin toqquşması nəticəsində başı qapı ilə arxa dayaq arasında qalıb. Nəticədə xəstəxanaya yerləşdirilən H.Hüseynov orada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Şirvan şəhər sakini olan 86 yaşlı bir qadının cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən M.Təfəzzuli saxlanılıb
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 15-də şəhər sakini olan 86 yaşlı bir qadının içərisində pul, gümüş üzük və açar olan cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş M.Təfəzzuli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhər sakini B.Şəmsidən 2,2 kiloqram marixuana aşkar olunaraq götürülüb
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Gəncə şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş B.Şəmsidən 2,2 kiloqram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində yerləşən klinikaların birində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Səfərov saxlanılıb
İyunun 8-də Nərimanov rayonu ərazisində yerləşən klinikaların birində orada işləyən tibb bacısının pulunun və qol saatının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Səfərov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun borclu qismində axtarışda olması da müəyyən olunub.
Abşeron rayon ərazisində ayrı-ayrı vaxtlarda 1 həyətyanı sahədən 4 ev quşu, 1 evdən isə məişət əşyaları oğurlamaqda şübhəli bilinən İ.Əlibalayev saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində 1 həyətyanı sahədən 4 ev quşu, 1 evdən isə məişət əşyaları oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakini, əvvəllər məhkum olunmuş İ.Əlibalayev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun 2022-ci ilin oktyabr-dekabr ayları ərzində Aşağı Güzdək qəsəbə sakinləri B.Ağalarova məxsus 9 baş qoyun, D.Hüseynovaya məxsus 4 baş, Sumqayıt şəhər sakini F.Mirzəyevə məxsus 2 baş və S.Bağırova məxsus 4 baş inəkləri oğurlaması da müəyyən olunub.
Abşeron rayonu ərazisindəki bağ evlərinin birindən oğurluq etməkdə şübhəli bilinən Cəlilabad rayon sakini R.Vəliyev müəyyən olunaraq saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 16-da rayon ərazisindəki bağ evlərinin birindən 10.000 manat dəyərində məişət, elektrik və istixana avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini R.Vəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhər sakini V.Əhmədovdan ov tüfəngi götürülüb
Gəncə ŞBPİ 3-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini V.Əhmədovdan nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi götürülüb.
Culfa rayonunun Əlincə kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Naxçıvan MR DİN Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsi əməkdaşlarının keçirdikləri "Xaşxaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Culfa rayonunun Əlincə kəndi ərazisində yabanı halda bitmiş 1500 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Culfa rayonunun Dəmirli və Teyvaz yurdu adlanan ərazilərdən yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Culfa Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri "Xaşxaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Dəmirli və Teyvaz yurdu adlanan ərazilərdən yabanı halda bitmiş 711 kiloqram çəkidə 5470 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Lənkəran rayonu ərazisində iki evdən oğurluq etməkdə şübhəli bilinən Liman şəhər sakini O.Quluzadə saxlanılıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində 1 evdən kompüter, mobil telefon və təmir-tikinti alətləri, digər evdən isə 3960 manat dəyərində qab-qacaq, məişət əşyaları və yataq dəstləri oğurlamaqda şübhəli bilinən Liman şəhər sakini, əvvəllər məhkum olunmuş O.Quluzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.