Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağdam rayonunun Kiçikli kənd sakini H.Əliyevin həyətyanı sahəsindən çətənə kolları və marixuana aşkar olunaraq götürülüb
16.06.2023
Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Kiçikli kənd sakini, əvvəllər məhkum olunmuş H.Əliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 34 ədəd çətənə kolu və 289 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Tovuz rayonunun Əyyublu kəndi ərazisində çətənə kolları aşkar olunaraq məhv edilib
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Əyyublu kəndi ərazisində çəkisi 10,4 tondan artıq 8034 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ş.Cabbarova vurulub
İyunun 16-da saat 21 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Mərdəkan qəsəbə sakini C.Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ş.Cabbarovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Neftçala şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 16-da saat 19 radələrində Neftçala şəhəri ərazisində rayon sakinləri T.Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən E.Zeynalovun idarə etdiyi “İJ” markalı motosikletə vurduqdan sonra R.Baloğlanovun idarə etdiyi “VAZ-2101” markalı avtomobilə dəyib aşırıb. Nəticədə T.Hüseynov və E.Zeynalov hadisə yerində ölüb, T.Hüseynovun sərnişini xəstəxanaya yerləşdirilib.Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Tərtər rayonunun Seydimli kəndi ərazisində “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Y.Bayramova vurulub
İyunun 16-da saat 2 radələrində Tərtər rayonunun Seydimli kəndi ərazisində Kəlbəcər rayon sakini A.Xıdırov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Y.Bayramovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Hacıqabul şəhəri ərazisində “VAZ-21154” və “Fiat” markalı avtomobillər toqquşub
İyunun 16-da saat 13 radələrində Hacıqabul şəhəri ərazisində Gəncə şəhər sakini V.Osmanovun idarə etdiyi “VAZ-21154” və Sabirabad rayon sakini H.Əkbərovun idarə etdiyi “Fiat” markalı avtomobillər toqquşub. Nəticədə V.Osmanov hadisə yerində ölüb, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər.Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.
İmişli rayonunun Qaralar kəndi ərazisində “Niva” və “VAZ-2107” markalı avtomobillər toqquşub
İyunun 16-da saat 14 radələrində İmişli rayonunun Qaralar kəndi ərazisində kənd sakini Ə.Həsənovun idarə etdiyi “Niva” və Sabirabad rayon sakini F.Cəfərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Həsənovun sərnişini olan Bakı şəhər sakini A.Həsənova xəstəxanaya yerləşdirilib və orada ölüb.İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
15.06.2023
İyunun 15-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sumqayıt şəhər sakini olan bir nəfərin elektron pulqabı hesabından 4890 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 9-da şəhər sakini olan bir nəfərin elektron pulqabı hesabından 4890 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt sakinləri S.Məmmədov və əvvəllər məhkum olunmuş S.Məmmədzadə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Kürdəmir rayonunun Atakişili kəndi ərazisində “Toyota” markalı avtomobil yolun kənarında dayanan “Mercedes” markalı yük avtomobilinə çırpılıb
İyunun 15-də saat 5 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Bakı şəhər sakini R.Xasyanov idarə etdiyi “Toyota” markalı avtomobili yolun kənarında dayanan “Mercedes” markalı yük avtomobilinə vurub. Nəticədə R.Xasyanovun sərnişinlərindən Bakı şəhər sakini E.Məsimov hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.