Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Biləsuvar rayonunun Xırmandalı kəndində münaqişə zəminində qardaşını bıçaqla qəsdən öldürməkdə şübhəli bilinən A.Şirqasımov tutularaq istintaqa təhvil verilib
16.06.2023
İyunun 17-də saat 3 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndində A.Şirqasımovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Biləsuvar Rayon Polis Şöbəsinə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla A.Şirqasımovun evdə münaqişə zəminində qardaşına bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Şirqasımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.Faktla bağlı cinayət işi başlanılıb.
Yasamal rayonu ərazisində Xaçmaz rayon sakini R.Süleymanovun pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə müəyyən olunaraq saxlanılıb
İyunun 16-da gecə saatlarında Yasamal rayonu ərazisində Xaçmaz rayon sakini R.Süleymanovun 180 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə müəyyən olunaraq saxlanılıb. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Mingəçevir şəhəri ərazisindən “VAZ-21099” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakinləri olan iki yeniyetmə saxlanılıb
İyunun 15-də gecə saatlarında Mingəçevir şəhəri ərazisindən “VAZ-21099” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Mingəçevir Şəhər Polis Şöbəsi və Baş Dövlət Yol Plolisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Goranboy rayonu ərazisində yol ayırıcısına dəymiş vəziyyətdə tapılıb.Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakinləri olan iki yeniyetmə saxlanılıb. Araşdırma aparılır.
Biləcəri qəsəbəsi ərazisində bir qadının pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Paşayev saxlanılıb
İyunun 13-də Biləcəri qəsəbəsi ərazisində bir qadının 110 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Paşayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonu ərazisindəki kafelərin birində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Cəlilov saxlanılıb
Bakı şəhər sakini olan bir nəfər iyunun 9-da Binəqədi rayonu ərazisindəki kafelərin birində cüzdanından 90 manat pulunun və bank kartının oğurlanması, sonradan həmin kartından 493 manat dəyərində alış-veriş edilməsi barədə polisə müraciət edib.Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Cəlilov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Maştağa qəsəbəsi ərazisində bir nəfərə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini P.İsgəndərov saxlanılıb
İyunun 15-də gecə saatlarında Maştağa qəsəbəsi ərazisində bir nəfərin bıçaqla hədələnərək döyülməsi, mobil telefonunun, içərisində 1500 manat pul və sənəd olan cüzdanının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş P.İsgəndərov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulan O.Gülməmmədovun bir avtomobildən pul və mobil telefon oğurlaması da müəyyən olunub
Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulan O.Gülməmmədovun “Toyota” markalı bir avtomobildən üzlüyündə 1170 manat pul olan mobil telefon oğurlaması da müəyyən olunub.
Şərur rayonunun Çərçiboğan, Aralıq, Xələc və Dərvişlər kəndləri ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Çərçiboğan, Aralıq, Xələc və Dərvişlər kəndləri ərazisində yabanı halda bitmiş 194 kiloqram çəkidə 32898 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Culfa rayonunun Ləkətağ kəndi ərazisində yabanı halda bitmiş 2 ton çəkidə çətənə kolları aşkar olunaraq məhv edilib
Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ləkətağ kəndi ərazisində yabanı halda bitmiş 2 ton çəkidə 25050 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Goranboy rayonunun Erkəc kəndi ərazisində 1,5 hektar sahədə yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Goranboy rayonunun Erkəc kəndi ərazisində 1,5 hektar sahədə yabanı halda bitmiş 2,7 tondan artıq çəkidə 4576 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.