Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xırdalan şəhəri ərazisindən “VAZ-21099” markalı bir avtomobili qaçırmaqda şübhəli bilinən Ağdaş rayon sakini O.Hacıyev avtomobillə saxlanılıb
17.06.2023
İyunun 7-də Xırdalan şəhəri ərazisindən “VAZ-21099” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağdaş rayon sakini O.Hacıyev müəyyən edilərək avtomobillə saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Nübar qəsəbəsi ərazisindən qəsəbə sakini Q.Rəhimova məxsus 3 baş inəyi oğurlamaqda şübhəli bilinən İ.Əlibalayev saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 16-da Nübar qəsəbəsi ərazisindən qəsəbə sakini Q.Rəhimova məxsus 3 baş inəyi oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakini, əvvəllər məhkum olunmuş İ.Əlibalayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhər sakini M.Məmmədovdan qanunsuz saxladığı tüfəng götürülüb
Gəncə ŞBPİ 4-cü Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovdan qanunsuz saxladığı nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “Toz-8” markalı tüfəng götürülüb. Araşdırma aparılır.
Masallı rayonunun Şıxlar kənd sakini L.Bağışovdan 4 kiloqramdan artıq marixuana götürülüb
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Şıxlar kənd sakini, əvvəllər məhkum olunmuş L.Bağışovdan 540 qram marixuana aşkar edilib.Davam etdirilən tədbirlərlə onun Masallı şəhəri H.Əliyev prospektində yerləşən tikilidə gizlətdiyi 4 kiloqramdan artıq marixuana götürülüb. Araşdırma aparılır.
Ağcabədi şəhəri ərazisində Abşeron rayon sakini Z.Abdullayevdən silah-sursat götürülüb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Z.Abdullayevdən “AKMS” markalı avtomat silahı, 4 ədəd patron və patron darağı götürülüb. Araşdırma aparılır.
Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində 2 hektar sahədə yabanı halda bitmiş çətənə kolları məhv edilib
“Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Kəpənəkçi kəndi ərazisində 2 hektar sahədə yabanı halda bitmiş 2,4 ton çəkidə 3692 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Zərdab rayonunun Bıçaqçı kəndi ərazisində 7 hektar sahədə yabanı halda bitmiş çətənə kolları məhv edilib
Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Bıçaqçı kəndi ərazisində 7 hektar sahədə yabanı halda bitmiş 1 ton 457 kiloqram çəkidə 1965 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Xocavənd rayonunun Taqaverd kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib
Xocavənd Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Taqaverd kəndi ərazisində 1 hektar sahədə yabanı halda bitmiş 1,5 ton çəkidə 5000 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
“Uber” və “Bolt” taksi şirkətlərinin daha 11 sürücüsü sərnişinlərlə qeyri-etik formada davrandıqları və narkokuryerlik etdikləri üçün saxlanılıb
Paytaxt ərazisində “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin əsasən xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təkliflər etmələri və taksi görüntüsü yaradaraq narkokuryerlik etmələri barədə daxil olan əməliyyat məlumatları əsasında polis əməkdaşları tərəfindən növbəti təxirəsalınmaz tədbirlər keçirilib.Son bir neçə gündə həyata keçirilən tədbirlər nəticəsində qeyd olunan qanunazidd əməlləri törədən həmin şirkətlərin daha 11 sürücüsü müəyyən edilərək saxlanılıb. Əməliyyatlar zamanı saxlanılan taksi sürücülərindən bir qisminin cinayət məsuliyyətinə, digərlərinin isə inzibati məsuliyyətə cəlb olunmaları təmin edilib. Bu istiqamətdə polis əməkdaşları tərəfindən intensiv tədbirlər davam etdirilir.Qeyd edək ki, vətəndaşlar taksi xidmətlərindən istifadə edən zaman qarşılaşdıqları bu kimi neqativ hallarla bağlı dərhal ərazi polis orqanlarına, “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 83 cinayətin açılması təmin olunub
16.06.2023
İyunun 16-da ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.