Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 102 kiloqramdan artıq narkotik vasitə və 1200 ədəd güclü təsiredici xassəyə malik həb götürülərək qanunsuz dövriyyədən çıxarılıb
18.06.2023
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində ümumi çəkisi 102 kiloqramdan artıq narkotik vasitə və 1200 ədəd güclü təsiredici xassəyə malik həb götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayonu ərazisində saxlanılan Bakı şəhər sakini Q.Hüseynovdan çəkisi 97 kiloqram 338 qramdan artıq marixuana, 5 kiloqram 10 qram heroin, 1200 ədəd metadon həbi və 1 ədəd bank kartı aşkar olunaraq götürülüb.
Kəngərli rayonunun Xok kəndindəki evlərin birində A.İbrahimovanı bıçaqla qəsdən öldürməkdə şübhəli bilinən kənd sakini S.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib
İyunun 18-də saat 10 radələrində Kəngərli rayonunun Xok kəndindəki evlərin birində A.İbrahimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla kənd sakini S.Məmmədovun A.İbrahimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Kəngərli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Məmmədov sübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı cinayət işi başlanılıb.
Bakı şəhər sakini olan bir qadının bank kartından 2000 manat oğurlamaqda şübhəli bilinən bir yeniyetmə saxlanılıb
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 12-də Bakı şəhər sakini olan bir qadının bank kartından hesabındakı 2000 manatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini olan bir yeniyetmə müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonu ərazisindəki 2 mağazadan ətir və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini S.Həmidov saxlanılıb
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisindəki 2 mağazadan 3090 manat dəyərində ətir və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş S.Həmidov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Babək rayonunun Cəhri qəsəbə sakini M.Niftəliyevin yaşadığı evin həyətindən silah-sursat aşkar edilərək götürülüb
Babək Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəhri qəsəbə sakini M.Niftəliyevin yaşadığı evin həyətinə baxış zamanı “Naqan” tipli tapança və 7 ədəd patron aşkar edilərək götürülüb.
Qəbələ rayonunun Şamılı kənd sakini A.Yusibovun yaşadığı evin həyətyanı sahəsindən marixuana və çətənə kolları götürülüb
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Şamılı kənd sakini A.Yusibovun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı 468 qramdan artıq marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Quba rayonunun Alpan kəndi ərazisində yabanı halda bitmiş 4 ton 250 kiloqram çəkidə çətənə kolları məhv edilib
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Alpan kəndi ərazisində yabanı halda bitmiş 4 ton 250 kiloqram çəkidə 3760 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Balakən rayonunun Kortala kəndi ərazisində yabanı halda bitmiş 5 ton 271 kiloqram çəkidə çətənə kolları məhv edilib
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Kortala kəndi ərazisində yabanı halda bitmiş 5 ton 271 kiloqram çəkidə 5400 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobillə qəsəbə sakini E.Xəlilov vurulub
İyunun 18-də saat 21 radələrində Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisində Xətai kənd sakini Y.Abbasov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini E.Xəlilovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
17.06.2023
İyunun 17-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.