Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Biləsuvar rayonu ərazisində avtomobildən narkotik vasitələr aşkar edilərək götürülüb
19.06.2023
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Hacıqabul rayon sakini D.Ağayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil saxlanılıb.Avtomobilə baxış zamanı sərnişin olan Gəncə şəhər sakini A.Bayramova məxsus 4 kiloqramdan artıq heroin, 9 kiloqram 170 qram metamfetamin, 4 kiloqram 605 qram tiryək və 109 ədəd metadon həbi aşkar edilərək götürülüb.
Goranboy rayonunun Zeyvə kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Zeyvə kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2,5 tona yaxın 4850 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Sabirabad rayonunun Nizami kənd sakini İ.Mansurovdan marixuana, həyətindən isə çətənə kolları aşkar edilərək götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Nizami kənd sakini İ.Mansurovdan marixuana, həyətinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Sabirabad rayon sakinləri Ç.Şahverdiyev və Z.Xəlilovdan qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xəlfəli kənd sakini Ç.Şahverdiyevdən və Əlicanlı kənd sakini Z.Xəlilovdan qanunsuz saxladıqları “Simson” və “TOZ-B” markalı ov tüfəngləri götürülüb. Araşdırma aparılır.
Beyləqan rayonunun Örənqala kənd sakini S.Əliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Örənqala kənd sakini S.Əliyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Qəbələ rayonunun Xırxatala kənd sakinləri S.Aslanovdan və F.Qasımlıdan qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırxatala kənd sakinləri S.Aslanovdan və F.Qasımlıdan qanunsuz saxladıqları “TOZ” markalı 2 ədəd ov tüfəngləri götürülüb.
Göygöl rayonunun Zurnabad kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Zurnabad kəndi ərazisində 2 hektar sahədə yabanı halda bitmiş 280 kiloqram çəkidə 798 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Tovuz rayonunun Hunanlar kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Hunanlar kəndi ərazisində yabanı halda bitmiş 135 kiloqram çəkidə 270 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Binəqədi rayounda “instagram” sosial şəbəkəsində tanış oduğu İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxsdən 3 kiloqram heroin aşkar edilib
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib. Tədbir zamanı əvvəllər də narkotiklərin satışını təşkil etdiyi üçün məhkum olunan Rəşad Quliyev saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 3 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs narkotik vasitəni “instagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiyini və narkokuryerliyə cəlb olunduğunu bildirib. Rəşad Quliyev barəsində İdarənin İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.Qeyd edək ki, Binəqədi rayonunda cari ilin may ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 46 nəfər saxlanılıb. Onların hər biri barəsində araşdırmalar davam etdirilir.Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həmçinin qeyd edilən dövr ərzində həyata keçirdikləri təxirəsalınmaz əməliyyatlar zamanı Biləcəri və ətraf ərazilərdə 50-yə yaxın evdən pul, qızıl-zinət və məişət oğurlayan Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov, Binəqədi qəsəbəsində 10-dan çox mənzildə silsilə oğurluq cinayətləri törədən əvvəllər məhkum olunmuş Əlikram Əliyev, əsasən qadınlara qarşı soyğunçuluq edərək zərərçəkənlərin mobil telefonlarını, eləcə də pul vəsaitlərini ələ keçirən Əziz Paşayev, Sadiq Əmrəliyev və sonuncunun tanışı Nofəl Ramazanov da saxlanılaraq istintaqa təqdim ediliblər. Binəqədi rayonu ərazisində vətəndaş məmnunluğunun təmin edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 41 cinayətin açılması təmin olunub
18.06.2023
İyunun 18-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.