Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Tovuz rayonunun Abulbəyli kəndi ərazisində bir nəfərin 1000 manatını oğurlamaqda şübhəli bilinən rayon sakini V.Qasımov saxlanılıb
20.06.2023
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 11-də Abulbəyli kəndi ərazisində bir nəfərin 1000 manatını oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş V.Qasımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonunda “Rza” və “Milad” adlı iranlı narkotacirin şəbəkəsinə daxil olan daha 4 nəfər saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar həyata keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Elmar Məmişov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 5 kiloqrama yaxın narkotik vasitə heroin aşkar edilib. İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə paytaxt ərazisində narkotik vasitələrin satışını təşkil edən dəstə üzvləri - Niyazi Quliyev, Nazim Novruzov və Ziya Zakirov da tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərdən isə ümumilikdə 2 kiloqram narkotik vasitə heroin aşkar olunub. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanışı olduqları şəxsiyyətləri istintaqla araşdırılan “Rza” və “Milad” adlı İran vətəndaşlarından maddi gəlir qarşılığında satmaq məqsədi ilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.Bu şəxslər barəsində İdarənin İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. araşdırmalar davam etdirilir.
Qidaya yararsız at ətini mal əti adı altında satan Cəlilabad rayon sakini saxlanılıb
Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Tədbir zamanı Cəlilabad rayonunda qidaya yararsız və ölü at ətinin mal əti adı altında satışını təşkil edən Səbuhi Abbasov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs Cəlilabad və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində emal edəndən sonra mal əti adı altında satışı ilə məşğul olub.Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Səbuhi Abbasovun Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən həyətyanı sahəsinə və saxlanc yerinə baxış keçirilərkən qidaya yararsız 2 tondan çox at əti maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalar zamanı aşkar olunmuş ətin qidaya yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
19.06.2023
İyunun 19-da ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Xəzər rayonunun Şağan qəsəbəsində N.Əzizovun həmyerlisi Ə.Əzizxanlı tərəfindən itələnərək yıxılması nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən olunub
Xəzər RPİ 1-ci Polis Şöbəsinə iyunun 15-də 35 yaşlı N.Əzizovun yaşadığı Şağan qəsəbəsindəki evin həyətində insult keçirərək yıxılması və iyunun 17-də xəstəxanada ölməsi barədə daxil olan məlumatla əlaqədar aparılan araşdırmalarla həmyerlisi Ə.Əzizxanlının onu itələyərək yıxması müəyyən olunub.Ə.Əzizxanlı sübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Ağcabədi şəhəri ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini N.Qaraşov saxlanılıb
İyunun 19-da saat 18 radələrində Ağcabədi şəhəri ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini N.Qaraşov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Sabirabad rayon sakini B.Əsgərovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabirabad rayon sakini B.Əsgərovdan qanunsuz saxladığı, lüləsi və qundağı kəsilmiş “TOZ-B” markalı ov tüfəngi götürülüb.
Səbail rayonunun Ö.F.Nemanzadə küçəsində bir qadının cüzdanını oğurlamaqda şübhəli bilinən X.Məmmədov saxlanılıb
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 19-da saat 16 radələrində Ö.F.Nemanzadə küçəsində Bakı şəhər sakini olan bir qadının içərisində 80 manat, 23.500 ABŞ dolları və sənəd olan cüzdanını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini X.Məmmədov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulmuş Z.Süleykinin Xətai rayonu ərazisindəki mənzillərin birindən pul və qızıl üzük oğurlaması da müəyyən olunub
Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulmuş Z.Süleykinin iyunun 18-də rayon ərazisindəki mənzillərin birindən 450 manat, 1000 avro və 300 manat dəyərində qızıl üzük oğurlaması da müəyyən olunub.
Abşeron rayonunun Xırdalan şəhəri ərazisindəki marketlərin birində ödəmə terminalından pul oğurlamaqda şübhəli bilinən Z.Əliyev saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 19-na keçən gecə Xırdalan şəhəri ərazisindəki marketlərin birindən orada quraşdırılmış ödəmə terminalından 1538 manat oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini Z.Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.