Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şuşa rayonunun Daşaltı kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
21.06.2023
Şuşa Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizlik Xidmətinin rayon idarəsi əməkdaşlarının birgə keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Daşaltı kəndi ərazisində yabanı halda bitmiş 1,3 ton çəkidə 2168 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 19-da Xızı rayonu ərazisində keçirdikləri tədbir zamanı meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınma qaydalarının pozulması, həmçinin sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.İnzibati Xətalar Məcəlləsinin 252-ci maddəsinin (meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınma qaydalarının pozulması) tələblərini pozduğuna görə bir vəzifəli şəxs, 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə isə Fındığan, Giləzi və Sitalçay kənd bələdiyyələrinin sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bakıda iş adamından hədə-qorxu ilə 100 min manat tələb edən və onun avtomobilini qəsdən yandıran şəxslər saxlanılıblar
Paytaxtın Sabunçu rayonunda yerləşən restoranlardan birinin sahibindən hədə-qorxu ilə pul tələb edən dəstə üzvləri saxlanılıblar. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Abdullayev, Nurlan Mamedov və Ruslan Abdullayev tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, Ceyhun Abdullayevin tapşırığı ilə Nurlan Mamedov xarici ölkələrdən birində qeydiyyatdan keçən mobil telefon nömrəsi ilə zərərçəkənə zəng vurub özünü “Maqa” kimi təqdim edərək ondan 100 min manat tələb edib. Zərərçəkən qeyd edilən qanunsuz tələbi yerinə yetirmədiyi üçün onlar dəstənin digər üzvü Ruslan Abdullayevlə sövdələşərək iş adamının “Lexsus” markalı avtomobilinin onun yaşadığı Bakıxanov qəsəbəsində evinin qarşısında üzərinə alışdırıcı maddə tökərək yandırılmasını təşkil ediblər. Saxlanılan şəxslər barəsində 13-cu Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
20.06.2023
İyunun 20-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
İmişli şəhəri ərazisində “Mercedes” və “VAZ-2106” markalı avtomobillər toqquşub
İyunun 20-də saat 16 radələrində İmişli şəhəri ərazisində şəhər sakinləri Z.Hüseynovun idarə etdiyi “Mercedes” və C.Cəfərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə C.Cəfərovun sərnişini olan həyat yoldaşı xəstəxanada ölüb.İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakı şəhər sakini O.Quliyevdən 3,5 kiloqram heroin aşkar edilərək götürülüb
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Quliyevdən 3,5 kiloqram heroin aşkar edilərək götürülüb. Araşdırma aparılır.
Bakı şəhər sakini E.Nurullayevdən 1,5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb
Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini E.Nurullayevdən 1,5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisindəki bir şirkətdən və bir həyətyanı sahədən oğurluq etməkdə şübhəli bilinən B.Nəsirov saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda şirkətlərdən birinə məxsus 6 ədəd metal boru, bir həyətyanı sahədən isə velosiped, elektrik sobası və məişət əşyaları oğurlamaqda şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Nəsirov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində silah-sursat tapılıb
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qaraqurtlu kəndi ərazisində nömrəsi silinmiş “AK-74” markalı avtomat silah və 440 ədəd patron tapılıb.
Bərdə rayonunun Xamtorpaq kəndindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Laçın rayon sakini E.Behbudov saxlanılıb
İyunun 3-dən 15-dək olan müddətdə Bərdə rayonunun Xamtorpaq kəndindəki evlərin birindən 1700 manatın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Laçın rayon sakini E.Behbudov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.