Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluq etdiyinə görə tutulan S.Əliyevin daha bir nəfərin bank hesabından pul oğurlaması da müəyyən olunub
21.06.2023
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulan S.Əliyevin daha bir nəfərin bank hesabından 1025 manat oğurlaması da müəyyən olunub.
Bakı şəhər sakini V.Süleymanovun pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Lerik rayon sakini F.Rzayev saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini V.Süleymanovun 150 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Lerik rayon sakini, əvvəllər məhkum olunmuş F.Rzayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində saxlanılan Bakı şəhər sakini R.Şiriyevdən 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Şiriyevdən 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Oğurluq etdiyinə görə tutulan Sumqayıt şəhər sakini İ.Muradovun şəhər ərazisində yerləşən ödəmə terminallarının birindən pul oğurlaması da müəyyən olunub
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulan İ.Muradovun 45-ci məhəllənin ərazisində yerləşən ödəmə terminallarının birindən 275 manat oğurlaması da müəyyən olunub.
Füzuli rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini N.Məmmədov saxlanılıb
Füzuli Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 3000 manat, 1700 ABŞ dolları və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini N.Məmmədov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Şərur rayonunun Xələc, Dərvişlər, Çərçiboğan, Yuxarı Aralıq və Aşağı Aralıq kəndləri ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xələc, Dərvişlər, Çərçiboğan, Yuxarı Aralıq və Aşağı Aralıq kəndləri ərazisində yabanı halda bitmiş 2400 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Neftçala rayonunun Kürkənd kəndi ərazisində yabanı halda bitmiş çətənə bitkisi aşkar olunaraq məhv edilib
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Kürkənd kəndi ərazisində yabanı halda bitmiş 12 ton çəkidə 6000 ədəd çətənə bitkisi aşkar olunaraq məhv edilib.
Kəlbəcər şəhəri ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində şəhər ərazisində yabanı halda bitmiş 1,3 ton çəkidə 3212 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Yardımlı rayonunun Arvana kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Arvana kəndi ərazisində 100 hektar sahədə yabanı halda bitmiş 1 ton 150 kiloqram çəkidə 8560 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Tərtər rayonunun Xoruzlu kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xoruzlu kəndi ərazisində yabanı halda bitmiş 2,3 ton çəkidə 3200 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.