Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ordubad rayonunun Düylün kəndi ərazisində “Mercedes” markalı avtomobil yolun kənarına aşıb
22.06.2023
İyunun 20-də saat 20 radələrində Ordubad rayonunun Düylün kəndi ərazisində Sədərək rayon sakini T.Babayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarına aşırıb. Nəticədə xəsarət alaraq xəstəxanaya yerləşdirilən sərnişin N.Məmmədova iyunun 22-də orada ölüb.Ordubad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Hacıqabul rayonunun 2-ci Paşalı kəndi ərazisində “Opel” markalı avtomobil yolun kənarına aşıb
İyunun 22-də saat 19 radələrində Hacıqabul rayonunun 2-ci Paşalı kəndi ərazisində rayon sakini M.Babayev idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarına aşırıb. Nəticədə sürücü və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb. Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.
Səbail rayonunun Ü.Hacıbəyov küçəsindəki mağazaların birindən 2300 manat oğurlamaqda şübhəli bilinən bir yeniyetmə saxlanılıb
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 21-də Ü.Hacıbəyov küçəsindəki mağazaların birindən 2300 manat oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini olan bir yeniyetmə müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Şəmkir rayonunun Zəyəm Cırdaxan kənd sakini M.Məsimovdan qanunsuz saxladığı ov tüfəngi və 15 ədəd patron götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Zəyəm Cırdaxan kənd sakini M.Məsimovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi və 15 ədəd patron götürülüb.
Suraxanıda keçirilən əməliyyatlar zamanı saxlanılan 2 nəfərdən “Kalaşnikov” və 10 kiloqram narkotik vasitə aşkar edilib
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha bir nəfər saxlanılıb. Tədbir zamanı Əmircan qəsəbəsində narkotik maddələrin satışını təşkil edən İlqar Abbasov tutulub. Onun üzərindən və qəsəbə ərazisində yaşadığı evdən 10 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 80 cinayətin açılması təmin olunub
21.06.2023
İyunun 21-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində “Mitsubishi” markalı avtomobillə piyada vurulub
İyunun 21-də saat 11 radələrində Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində rayon sakini T.Sahibli idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən F.Nəcəfovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Metronun İnşaatçılar stansiyasında Bakı şəhər sakini olan bir qadının çantasından cüzdanın oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini C.Abdullazadə saxlanılıb
İyunun 16-da metronun İnşaatçılar stansiyasında Bakı şəhər sakini olan bir qadının çantasından içərisində pulu, bank kartı, sənədlər və ev açarları olan cüzdanın oğurlanması barədə polisə məlumat daxil olub.Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş C.Abdullazadə müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindən bir avtomobili qaçırmaqda şübhəli bilinən Zaqatala rayon sakini M.Mamayev müəyyən edilərək saxlanılıb
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sulutəpə qəsəbəsi ərazisindən “VAZ-2107” markalı bir avtomobili qaçırmaqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş M.Mamayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
İki nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qurbanzadə saxlanılıb
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iki nəfərin ümumi dəyəri 3600 manat olan 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qurbanzadə saxlanılıb. Araşdırma aparılır.