Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şəki rayonunun Çapağan kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
23.06.2023
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Çapağan kəndi ərazisində yabanı halda bitmiş 12 ton çəkidə 16000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Yardımlı rayonunun Alar kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Alar kəndi ərazisində yabanı halda bitmiş 1,5 tondan artıq çəkidə 9640 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Nəsimi rayonu ərazisində “BMW” markalı avtomobillə Sabirabad rayon sakini moped toqquşub
İyunun 23-də saat 3 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Y.Babayevanın idarə etdiyi “BMW” markalı avtomobillə Sabirabad rayon sakini K.Səmədovun idarə etdiyi moped toqquşub. Nəticədə K.Səmədov hadisə yerində ölüb.Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisində “VAZ-21011” markalı avtomobillə piyada vurulub
İyunun 23-də saat 22 radələrində Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisində rayon sakini A.İbrahimov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən C.Cavadovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Yevlax şəhəri ərazisində “Renault” markalı avtomobil aşıb
İyunun 23-də saat 23 radələrində Yevlax şəhəri ərazisində A.Məhərrəmov idarə etdiyi “Renault” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölübAraşdırma aparılır.
Neftçala rayonunun Qaçaqkənd kəndi ərazisindən keçən dəmir yolundakı qorunmayan keçiddə teplovozla “Shacman” markalı avtomobil toqquşub
İyunun 23-də saat 13 radələrində Neftçala rayonunun Qaçaqkənd kəndi ərazisindən keçən dəmir yolundakı qorunmayan keçiddə teplovozla İmişli rayon sakini Vüsal Fəxrətovun idarə etdiyi “Shacman” markalı avtomobil toqquşub. Nəticədə V.Fəxrətov hadisə yerində ölüb. Araşdırma aparılır.
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 20-də Siyəzən rayonu ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması və içməli, məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılması faktları aşkar olunub.İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması) və 262.2.3-cü (içməli, məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə) maddələrinin tələblərini pozduqlarına görə Zarat kənd bələdiyyəsinin sədri və rayon sakini olan 4 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Nərimanov rayonunda avtomobillərin şüşələrini sındıraraq qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb
Paytaxt ərazisində avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından telefon, noutbuk, pul kisələləri və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini İlqar Məmmədov tutulub.Araşdırmalar zamanı onun Nərimanov rayonu ilə yanaşı, paytaxtın Yasamal və Nəsimi rayonlarında da 10-a yaxın avtomobilin şüşəsini sındırdığı müəyyən edilib. Bu şəxsin törətdiyi qanunsuz əməllərin bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib. İlqar Məmmədov barəsində 18-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Bakıda təmir-tikinti materialları satmaq adı ilə vətəndaşları aldadan şəxs saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində vətəndaşların pul vəsaitlərini ələ keçirən əvvəllər məhkum olunmuş Quba rayon sakini Kənan Mirzəliyev saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Kənan Mirzəliyev zərərçəkəni ona dəyəri 6.400 manat olan təmir-tikinti materialları satacağı vədini verərək aldadıb. Həmin şəxs Kənan Mirzəliyevin kartına pulu köçürəndən sonra isə sonuncu onunla əlaqəsini kəsib. Saxlanılan şəxsin eyni üsulla paytaxt ərazisində daha bir neçə şəxsi aldatdığı da müəyyən edilib. Kənan Mirzəliyev barəsində 32-ci Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 86 cinayətin açılması təmin olunub
22.06.2023
İyunun 22-də ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.