Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İsmayıllı rayonunun Namazgah kəndi ərazisində “Mercedes” markalı avtomobil dərəyə aşıb
24.06.2023
İyunun 24-də saat 17 radələrində İsmayıllı rayonunun Namazgah kəndi ərazisində kənd sakini H.Mirzəzadə idarə etdiyi “Mercedes” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü xəsarətlə xəstəxanaya aparılarkən ölüb.İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində “Opel” markalı avtomobillə Hacıqabul rayon sakini N.İsmayılova vurulub
İyunun 24-də saat 17 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində T.Qocayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini N.İsmayılovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada ölüb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
23.06.2023
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 21-də Şabran rayonu ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Şabran şəhər, Dəvəçi və Aygünlü kənd bələdiyyələrinin sədrləri, Şabran şəhər Mənzil Kommunal Təsərrüfatının müdiri, “Dəvəçi Kolxoz” bazarının rəhbərliyi və Dəvəçi kəndi ərazisində bir vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 81 cinayətin açılması təmin olunub
İyunun 23-də ölkə ərazisində qeydə alınan 81, əvvəlki dövrlərdən bağlı qalan 46 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini H.Kərimova bıçaqla ölümcül xəsarət yetirməkdə şübhəli bilinən paytaxt sakini F.Məmmədov tutularaq istintaqa təhvil verilib
Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə iyunun 23-də saat 23 radələrində İ.Hidayətzadə küçəsində Bakı şəhər sakini H.Kərimova bıçaqla xəsarət yetirilməsi, xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlrının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla paytaxt sakini F.Məmmədovun H.Kərimova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.Faktla balğı cinayət işi başlanılıb.
Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində bir nəfərin 200 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
İyunun 23-də gecə saatlarında Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Digah qəsəbə sakini olan bir nəfərin 200 manat pulunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakinləri İ.Heydərov, E.İsmayılov və S.Alıyev müəyyən olunaraq saxlanılıblar.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Bərdə rayonunun Mustafaağalı kənd sakini Ə.Ağayevin həyətyanı sahəsindən 19 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Mustafaağalı kənd sakini Ə.Ağayevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 19 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Xocavənd rayonu ərazisindən silah-sursat tapılaraq aidiyyəti üzrə təhvil verilib
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindən 2 ədəd “AK-74”, 1 ədəd “AKSU” markalı avtomat silahları, 1 ədəd “RPK-26” markalı qumbaraatan, 1 ədəd “OTK-46” markalı tapança, 1 ədəd alışdırıcı, 7 ədəd patron darağı və 882 ədəd müxtəlif çaplı patron tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Sabirabad rayonunun Yenikənd kənd sakini F.Həşimovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Yenikənd kənd sakini F.Həşimovdan qanunsuz saxladığı “Cifsan” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Goranboy rayonunun Düzqışlaq kənd sakini Q.İbayevin evindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Düzqışlaq kənd sakini Q.İbayevin evinə baxış zamanı oradan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.