Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yardımlı rayonu ərazisində yerləşən meşə dolayında 86 ədəd müxtəlif ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanılıb
24.06.2023
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla cari il aprelin 19-da Masallı Regional Meşə Təsərrüfatı mərkəzinin Yardımlı rayonu ərazisində yerləşən meşə dolayında 86 ədəd müxtəlif ağacın kəsilməsi nəticəsində meşə fonduna 3307 manat məbləğində ziyan vurulması müəyyən olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 259-cu maddəsi (Qanunsuz ağac kəsmə) ilə cinayət işi başlanılıb. Yardımlı Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Abşeron rayonu ərazisində iki evdən pul, qızıl-zinət əşyaları və gümüş aksesuarlar oğurlamaqda şübhəli bilinən Ceyranbatan qəsəbə sakini X.Niyazov saxlanılıb
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində iki evdən ümumilikdə 1000 ABŞ dolları və 2000 manat pul, 3500 manat dəyərində qızıl-zinət əşyaları və gümüş aksesuarlar oğurlamaqda şübhəli bilinən Ceyranbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş X.Niyazov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonunun Binəqədi qəsəbəsindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini X.Əliyev saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 22-də Binəqədi qəsəbəsindəki evlərin birindən 1500 manat pul oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini X.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini C.Əzizov saxlanılıb
İyunun 22-də Nəsimi rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində Bakı şəhər sakini olan bir nəfərin içərisində 1600 manatı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini C.Əzizov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini R.Məmmədzadə müəyyən olunaraq saxlanılıb
İyunun 20-də Nəsimi rayonu ərazisində Xaçmaz rayon sakini olan bir nəfərin mobil telefonunun, sənəd və bank kartının oğurlanması və həmin kartdakı hesabından 117 manat məbləğində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş R.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nizami rayonu ərazisində Bakı şəhər sakini V.Hüseynovun mobil telefonunun soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
İyunun 22-də gecə saatlarında Nizami rayonu ərazisində Bakı şəhər sakini V.Hüseynovun mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Süleymanov və F.Cəfərzadə müəyyən olunaraq saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Bakı şəhər sakini R.Mayılovun evindən 1 kiloqramdan artıq heroin, 260 qramdan çox metamfetamin və elektron tərəzi götürülüb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini R.Mayılov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 23 qrama yaxın heroin və 5 qrama yaxın metamfetamin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqram 334 qramdan artıq heroin, 260 qramdan çox metamfetamin və elektron tərəzi götürülüb. Araşdırma aparılır.
Zərdab şəhəri ərazisindəki mağazaların birindən 14 ədəd qızıl üzük oğurlamaqda şübhəli bilinən rayon sakini T.İsazadə saxlanılıb
Zərdab şəhəri ərazisindəki mağazaların birindən 5390 manat dəyərində 14 ədəd qızıl üzüyün oğurlanması barədə polisə məlumat daxil olub. Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Körpükənd kənd sakini T.İsazadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğuz rayonunun Bayan kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Bayan kəndi ərazisində yabanı halda bitmiş 4,5 tona yaxın çəkidə 2650 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Şahbuz rayonunun Batabat yaşayış sahəsində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Şahbuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Batabat yaşayış sahəsində yabanı halda bitmiş 212 kiloqram çəkidə 4070 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.