Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Zaqatala rayonunun Aşağı Tala kənd sakini A.Əzizova məxsus əkin sahəsindəki tikilidən 1 kiloqramdan artıq marixuana götürülüb
25.06.2023
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş A.Əzizovdan 7 qramdan artıq marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə ona məxsus əkin sahəsindəki tikiliyə baxış zamanı əlavə 1 kiloqram 410 qram marixuana götürülüb. Araşdırma aparılır.
Saatlı rayonunun Bəylik kənd sakini H.Tarverdiyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bəylik kənd sakini H.Tarverdiyevdən qanunsuz saxladığı “TOZ-18” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Culfa rayonunun Ləkətağ, Dəmirli və Xanəgah kəndləri ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Ləkətağ, Dəmirli və Xanəgah kəndləri ərazisində yabanı halda bitmiş 1,7 ton çəkidə 19100 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Daşkəsən rayonunun Kəmərqaya kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Kəmərqaya kəndi ərazisində 5 hektar sahədə yabanı halda bitmiş 2,9 ton çəkidə 8900 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisində “Volkswagen” və “Hyundai” markalı avtomobillər toqquşub
İyunun 25-də saat 23 radələrində Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisində Xok kənd sakini X.Sultanovun idarə etdiyi “Volkswagen” və Şərur rayon sakini C.Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə “Volkswagen” markalı avtomobilin sürücüsü və avtomobillərdə olan 5 sərnişin ölüb, digər sürücü və avtomobillərdə olan 5 sərnişin isə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
Zərdab rayonunda polis əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarış keçirilib
Zərdab Rayon Polis Şöbəsinin və Daxili Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Zərdab şəhər 1 nömrəli məktəb-liseyində polis əməkdaşları arasında silahsız özünü müdafiə üzrə çempionat keçirilib. Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.Çıxış edən qonaqlar müasir Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu və dövlətimizin tərəqqisi naminə gördüyü işlər barədə geniş məlumat veriblər və yarış iştirakçılarına uğurlar arzu ediblər. Özünü müdafiə və əlbəyaxa döyüş növləri olmaqla 2 mərhələdə keçirilən çempionatda qalıb gələn polis əməkdaşları medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.
Dəmir yollarında təhlükəsizliyi təmin etmək üçün quraşdırılan dəyəri 3 min manat olan 22 ədəd metal tor oğurlayan şəxs saxlanılıb
Dəmir yolları xəttinin Sabunçu rayonu Pirşağı-Zabrat mənzilinin 25-ci kilometrliyində təhlükəsizliyin təmin olunması məqsədi ilə dəmir yol kənarına çəkilmiş 22 ədəd əlvan metaldan olan tor naməlum şəraitdə oğurlanıb. Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kamran Loğmanov qısa zamanda saxlanılıb və Polis Şöbəsinə gətirilib. Həmin şəxsin oğurladığı dəmir torlar isə polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Kamran Loğmanov ifadəsində dəmir torları satmaq məqsədi ilə oğurladığını etiraf edib. Qeyd edək ki, Kamran Loğmanov etdiyi oğurluq nəticəsində dəmir yol təsərrüfatına 3 min manata yaxın maddi ziyan vurub. Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub
24.06.2023
İyunun 24-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində münaqişə zəminində Balakən rayon sakini H.Hudulovu bıçaqla qəsdən öldürməkdə şübhəli bilinən R.Salayevin tutularaq istintaqa təhvil verilib
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə iyunun 24-də saat 23 radələrində Lökbatan qəsəbəsi ərazisində Balakən rayon sakini H.Hudulovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Salayevin münaqişə zəminində H.Hudulova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Salayev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən bir avtomobili qaçırmaqda şübhəli bilinən E.Abdullayev avtomobillə birgə saxlanılıb
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də Binə qəsəbəsi ərazisindən “Opel” markalı avtomobili qaçırmaqda şübhəli bilinən E.Abdullayev avtomobillə birgə saxlanılıb. Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.