Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bərdə rayonunun Mehdili kəndi ərazisində “Mercedes” markalı avtomobil aşıb
26.06.2023
İyunun 26-da saat 20 radələrində Bərdə rayonunun Mehdili kəndi ərazisində Bəcirəvan kənd sakini Q.Səfərov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarına aşırıb. Nəticədə sərnişinlərdən G.Qarayeva hadisə yerində ölüb, sürücü və digər iki sərnişini xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Nərimanov rayonu ərazisindəki gözəllik salonlarının birində bir qadının çantasını oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini olan bir yeniyetmə saxlanılıb
DİN-in Baş Mühafizə və Nəqliyyatda Baş Polis İdarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisindəki gözəllik salonlarının birində bir qadının içərisində pul, sənəd və mobil telefon olan çantasını oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini olan bir yeniyetmə müəyyən edilərək saxlanılıb.Davam etdirilən tədbirlərlə onun müxtəlif vaxtlarda daha iki qadının içərisində pul, bank kartları və sənədlər olan cüzdanlarını, digər qadının isə 2400 manat dəyərində mobil telefonunu oğurlaması da müəyyən olunub.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki mağazaların birində bir qadının çantasını oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini N.Hüseynli saxlanılıb
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 24-də Biləcəri qəsəbəsi ərazisindəki mağazaların birində Abşeron rayon sakini olan bir qadının içərisində 590 manat pul, mobil telefon və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini N.Hüseynli müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.
Bakı şəhər sakini C.Allahverdiyevdən silah-sursat götürülüb
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Allahverdiyevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb. Araşdırma aparılır.
Xətai rayonunun G.Şıxlınski küçəsindəki şadlıq evlərinin birində bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini V.Süleymanov saxlanılıb
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 24-də G.Şıxlınski küçəsindəki şadlıq evlərinin birində bir nəfərin 400 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş V.Süleymanov müəyyən olunaraq saxlanılıb. Davam etdirilən tədbirlərlə onun həmin gün G.Şıxlınski küçəsindəki kafelərin birində bir qadının 800 manat dəyərində mobil telefonunu, N.Tusi küçəsindəki marketlərin birində isə digər qadının çantasından 1000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən olunub.
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
25.06.2023
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 22-də Quba rayonu ərazisində keçirdikləri tədbir zamanı Qəçrəş və Dağlı kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, Tülər kəndində isə qanunsuz kömür istehsalı faktları aşkar olunub.İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə Qəçrəş və Dağlı kənd bələdiyyələrinin sədrləri, 275.1.1-ci maddəsinin (dövlət ekoloji ekspertizanın müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizanın rəyi ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi) tələblərini pozduğuna görə isə bir vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub
İyunun 25-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini E.Əliyevun avtomobilindən 6 kiloqramdan artıq marixuana götürülüb
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini E.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qramdan artıq marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “BMW” markalı avtomobilə baxış zamanı oradan əlavə 6 kiloqram 20 qrsm marixuana götürülüb. Araşdırma aparılır.
Sumqayıt şəhərinin İnşaatçılar qəsəbə sakini Ə.Zülfüqarovdan heroin, tapança və patronlar aşkar olunaraq götürülüb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində İnşaatçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Zülfüqarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub.Araşdırmalarla onun odlu silah gizlətməsi də müəyyən olunub. Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində yerləşən taxta sexlərinin birində gizlətdiyi nömrəsi silinmiş “Baykal” markalı tapança və 176 ədəd patron da aşkar olunaraq götürülüb.Araşdırma aparılır.