Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şabran rayonunun Padar kəndi ərazisində “Ford” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişi vurulub
28.06.2023
İyunun 29-da saat 2 radələrində Şabran rayonunun Padar kəndi ərazisində Bakı şəhər sakini D.İvanov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
27.06.2023
İyunun 27-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qəsdən adam öldürməkdə şübhəli bilinən A.Məcidov tutularaq istintaqa təhvil verilib
İyunun 28-də saat 01 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən kafelərin birində Bakı şəhər sakini Akif Məcidov münaqişə zəminində paytaxt sakini əvvəllər məhkum olunmuş Zaur Nemətova bıçaqla xəsarət yetirib Nəticədə Z.Nemətov xəstəxanaya aparılarkən ölüb. Xəzər rayonu 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Məcidov tutularaq istintaqa təhvil verilib.
Tərtər rayonunun Səhləbad kənd sakini Azər Əhmədova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi S.Camalov saxlanılıb
İyunun 27-də saat 13 radələrində Tərtər rayonunun Səhləbad kəndində kənd sakini S.Camalov münaqişə zəminində həmkəndlisi Azər Əhmədova bıçaqla xəsarət yetirib. Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə əməli törətməkdə şübhəli bilinən S.Camalov saxlanılıb. S.Camalovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb. Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Quldurluq əməlini törətməkdə şübhəli bilinən Qusar şəhər sakinləri E.Əliyarov, H.Həbibov, E.Əliyarov və Köhnə Xudat kənd sakini A.Xanbulatov müəyyən olunaraq saxlanılıblar
İyunun 26-da gecə saatlarında bir nəfərin döyülməsi, mobil telefonunu, tütün məmulatını və alışqanının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Qusar şəhər sakinləri E.Əliyarov, H.Həbibov, E.Əliyarov və Köhnə Xudat kənd sakini əvvəllər məhkum olunmuş A.Xanbulatov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 27-də saat 21 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Əhməd Axundov idarə etdiyi “Kia” markalı avtomobili yol ayırıcısına vurub.Nəticədə Ə.Axundov və sərnişinləri H.Əliyeva, S.Qəmbərova, M.Qasımov və İ.Əliyev xəstəxanaya yerləşdirilib. Sürücü orada ölüb, sərnişinlər isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Araşdırma aparılır.
Şabran rayonunun Zağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 27-də saat 12 radələrində Şabran rayonunun Zağlı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Mustafayev idarə etdiyi “KamAZ” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində, sərnişini olan Abşeron rayon sakini Nazim İbrahimov xəstəxanaya yerləşdiriləndən sonra orada ölüb.Araşdırma aparılır.
Naxçıvan şəhər ərazisində Qaraçuq kənd sakini S.Sultanovun yarımtıkilidə gizlətdiyi qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb
Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində Qaraçuq kənd sakini S.Sultanovun yarımtıkilidə gizlətdiyi qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən Masallı rayonunun Köhnə Alvadı kənd sakinləri R.Musazadə, O.Abıyev və S.Əliyev müəyyən olunaraq saxlanılıblar
İyunun 27-də gecə saatlarında R.Qasımovanın yaşadığı Köhnə Alvadı kəndindəki evdən 4000 manat pul və 5000 manat dəyərində qızıl əşyaların oğurlanması barədə polisə məlumat daxil olub. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Köhnə Alvadı kənd sakinləri əvvəllər məhkum olunmuş R.Musazadə, O.Abıyev və S.Əliyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
26.06.2023
İyunun 26-da ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.