Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisindəki kafelərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən T.Məmmədov saxlanılıb
28.06.2023
Gəncə ŞBPİ 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 23-nə keçən gecə Yeni Gəncə qəsəbəsi ərazisindəki kafelərin birindən 2600 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gülüstan qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Sabirabad rayon sakini olan bir nəfərin bank kartından hesabındakı 150 manatını oğurlamaqda şübhəli bilinən Ş.Əliyev saxlanılıb
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabirabad rayon sakini olan bir nəfərin bank kartından hesabındakı 150 manatını oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qəbələ rayonunun Kürd kənd sakini F.Vəliyevə məxsus avtomobildən qanunsuz saxladığı ov tüfəngi və 6 ədəd patron aşkar olunaraq götürülüb
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Kürd kənd sakini F.Vəliyevə məxsus “VAZ-2121” markalı avtomobilə baxış zamanı oradan qanunsuz saxladığı “TOZ-63” markalı ov tüfəngi və 6 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Qəbələ rayonunun Nic qəsəbə sakini R.Ceyranovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nic qəsəbə sakini R.Ceyranovdan qanunsuz saxladığı “Tula” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Sabirabad rayonunun Xəlfəli kənd sakini R.Rəsulova məxsus həyətyanı sahədən çətənə kolları və 2 kiloqramdan artıq marixuana götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Xəlfəli kənd sakini R.Rəsulova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 24 ədəd çətənə kolu və 2 kiloqram 230 qram marixuana aşkar olunaraq götürülüb.
Yevlax rayonunun Aran qəsəbə sakini S.Məmmədova məxsus həyətyanı sahədən çətənə kolları və marixuana aşkar olunaraq götürülüb
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Aran qəsəbə sakini S.Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu və 126 qramdan artıq marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Astara rayonunun Şahağacı kənd sakini N.İsayevaya məxsus həyətyanı sahədən çətənə kolları aşkar olunaraq götürülüb
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Şahağacı kənd sakini N.İsayevaya məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Şəmkir rayonunun Çinarlı qəsəbə sakini C.Məmmədova məxsus həyətyanı sahədən çətənə kolları götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Çinarlı qəsəbə sakini C.Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Tovuz rayonunun Hunanlar kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Hunanlar kəndi ərazisində yabanı halda bitmiş 682 kiloqram çəkidə 1950 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Cəlilabad şəhəri ərazisində “VAZ-2107” markalı avtomobillə şəhər sakini Y.Əliyev vurulub
İyunun 28-də saat 23 radələrində Cəlilabad şəhəri ərazisində Astara rayon sakini R.Əhmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Y.Əliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.