Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Naftalan rayonunun Qaşaltıqaraqoyunlu kəndi ərazisində kənd sakini İ.İsgəndərovdan kultivasiya yolu ilə yetişdirdiyi çətənə bitkisi götürülüb
29.06.2023
Naftalan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Qaşaltıqaraqoyunlu kəndi ərazisində kənd sakini İ.İsgəndərovun kultivasiya yolu ilə yetişdirdiyi 9 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.
Lerik rayonunun Orand kəndi ərazisində 15 hektar sahədə yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Lerik Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Orand kəndi ərazisində 15 hektar sahədə yabanı halda bitmiş 5 tondan artıq çəkidə 20196 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Zaqatala rayonunun Dardoqqaz kəndi ərazisində 1.4 hektar sahədə yabanı halda bitmiş çətənə kolları məhv edilib
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Dardoqqaz kəndi ərazisində 1.4 hektar sahədə yabanı halda bitmiş 1,6 tondan artıq çəkidə 2708 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Göyçay rayonunun Mirzəhüseynli kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Mirzəhüseynli kəndi ərazisində 90 kvm. sahədə yabanı halda bitmiş 1 ton 350 kiloqram çəkidə 1927 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Xocavənd rayonunun Şexer kəndi ərazisində 2 hektar sahədə yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Xocavənd Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Şexer kəndi ərazisində 2 hektar sahədə yabanı halda bitmiş 1,6 tondan artıq çəkidə 2872 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Astara rayonunun Həzi Aslanov qəsəbəsi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Həzi Aslanov qəsəbəsi ərazisində 120 kvm. sahədə yabanı halda bitmiş 2,1 tondan artıq çəkidə 9670 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində “BMW” markalı avtomobil yolun kənarındakı hasara çırpılıb
İyunun 30-da saat 2 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Hökməli qəsəbə sakini T.Kərimov idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarındakı hasara vurub və nəticədə hadisə yerində ölüb.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində “KİA” markalı avtomobil çökəkliyə aşıb
İyunun 29-da saat 19 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Ağcabədi rayon sakini N.Abbasov idarə etdiyi “KİA” markalı avtomobili çökəkliyə aşırıb. Nəticədə o, hadisə yerində ölüb, sərnişini olan azyaşlı nəvəsi xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olunub
28.06.2023
İyunun 28-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Mərdəkan qəsəbəsi ərazisindəki çimərlikdə bir nəfərin çantasından cüzdanını və mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 28-də Mərdəkan qəsəbəsi ərazisindəki çimərlikdə bir nəfərin çantasından içərisində pulu, bank kartları, sənədi olan cüzdanını və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş A.Məmmədli və N.Abdullayev müəyyən olunaraq saxlanılıblar.