Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Səbail rayonu ərazisində bir nəfərin cibindən pul oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini M.Bukavadze saxlanılıb
30.05.2023
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 30-da rayon ərazisində bir nəfərin cibindən 400 manat və 4500 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini M.Bukavadze müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
İsmayıllı rayonunun İsmayıllı kənd sakini X.Ziliyevin idarə etdiyi avtomobildən 1 ton 840 kiloqrama yaxın at əti aşkar olunaraq götürülüb
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində mayın 30-da İsmayıllı kənd sakini X.Ziliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobilə baxış zamanı oradan 1 ton 840 kiloqrama yaxın at əti aşkar olunaraq götürülüb. 10 rəst ata aid ət müvafiq nümunələr götürülməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına təhvil verilib. Araşdırma aparılır.
Bakı şəhər sakini K.İsmayılovun idarə etdiyi avtomobildən 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş K.İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı oradan 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Biləsuvar rayonu ərazisində saxlanılan Bakı şəhər sakinləri S.Rzayevdən 3 kiloqramdan artıq metamfetamin götürülüb, M.Quliyevin isə axtarışda olması müəyyən olunub
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri M.Quliyev və S.Rzayev saxlanılıblar. S.Rzayevdən 3 kiloqram 355 qram metamfetamin aşkar olunaraq götürülüb. Araşdırmalarla M.Quliyevin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən olunub.
Neftçala rayonunun Qaraqaşlı kənd sakini Ə.Kərimova məxsus həyətyanı sahədən çətənə kolları, evindən isə marixuana aşkar olunaraq götürülüb
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Kərimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 1090 ədəd çətənə kolu, evindən isə 7,8 kiloqram marixuana aşkar olunaraq götürülüb.
Balakən şəhər sakini M.Abdullayevə məxsus həyətyanı sahədən çəkisi 249 kiloqramdan artıq çətənə kolları və 2 kiloqramdan artıq marixuana götürülüb
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Balakən şəhər sakini M.Abdullayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 249 kiloqramdan artıq 350 ədəd çətənə kolu və 2 kiloqram 155 qram marixuana aşkar olunaraq götürülüb.
Neftçala rayonunun Xolqarabucaq kənd sakini X.Həziyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xolqarabucaq kənd sakini X.Həziyevdən qanunsuz saxladığı nömrəsi silinmiş ”TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Tovuz rayonunun Qovlar şəhər sakini T.Məmmədovun evindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qovlar şəhər sakini T.Məmmədovun evinə baxış zamanı oradan qanunsuz saxladığı nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Beyləqan rayonunun Qəhrəmanlı kənd sakini M.Orucovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qəhrəmanlı kənd sakini M.Orucovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Sumqayıt şəhəri ərazisində “Ford Transit” və “VAZ-2107” markalı avtomobillər toqquşub
Mayın 29-da saat 21 radələrində Sumqayıt şəhəri ərazisində Ağdam rayon sakini Ə.Məmmədovun idarə etdiyi “Ford Transit” və Quba rayon sakini T.Kərimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən T.Kərimov mayın 30-da ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.