Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Zabrat-1 dəmir yolu dayanacağının pilləkənlərinə quraşdırılan məhəccərləri oğurlamaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb
01.06.2023
Zabrat-1 dəmir yolu dayanacağının pilləkənlərinə quraşdırılan məhəccərlərin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhərindəki 10-cu mikrorayon ərazisində yerləşən mağazaların birindən mobil telefon oğurlamaqda şübhəli bilinən B.Binyətov saxlanılıb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 30-da 10-cu mikrorayon ərazisində yerləşən mağazaların birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhrəm Binyətov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qəbələ şəhər sakini N.Tağızadədən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini N.Tağızadədən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Tovuz şəhərinin Şəhriyar küçəsində “Hyundai” markalı avtomobillə yolu keçən L.Sadıqova vurulub
İyunun 1-də saat 21 radələrində Tovuz şəhərinin Şəhriyar küçəsində rayon sakini O.Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən L.Sadıqovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 66 cinayətin açılması təmin olunub
31.05.2023
Mayın 31-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Şərur rayonunun Püsyan kənd sakini X.Şıxəliyevi qəsdən öldürməkdə şübhəli bilinən G.Nəcəfov tutularaq istintaqa təhvil verilib
Mayın 31-də saat 18 radələrində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində kənd sakini X.Şıxəliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla kənd sakini G.Nəcəfovun həmkəndlisi X.Şıxəliyevə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə G.Nəcəfov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Şəmkir rayonunun Dəllər-Zəyəm mənzilindəki dəmir yolu keçidinin növbətçisini təhdid etməkdə və növbətçi otağına ziyan vurmaqda şübhəli bilinən A.Hüseynov saxlanılıb
Mayın 31-də saat 00.30-da Şəmkir rayonunun Dəllər-Zəyəm mənzilində yerləşən tənzimlənən dəmir yolu keçidində fəaliyyət göstərən keçid növbətçisi naməlum şəxs tərəfindən təhdid edilib, daha sonra isə növbətçi otağına ziyan vurulub.NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən bu əməli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini A.Hüseynov saxlanılıb. Araşdırma aparılır.
Qaradağ rayonunun Ələt qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən C.Nurəliyev və T.Zairov saxlanılıblar
Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Nurəliyev və T.Zairov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Bakı şəhər sakini olan bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini V.Qafarov saxlanılıb
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 25-də Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 641 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini V.Qafarov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonunun Ə.Əliyev küçəsində yerləşən köşklərin birindən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən E.İsayev saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 8-nə keçən gecə Ə.Əliyev küçəsində yerləşən köşklərin birindən 500 manat pul və 2500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.İsayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.