Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədi rayonunun Görədil bağlar sahəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar
02.06.2023
Binəqədi rayonunun Görədil bağlar sahəsindəki evlərin birindən 12.000 manat dəyərində mebel dəsti, qaz sobaları, təmir alətləri və digər məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini V.Həsənov, Tərtər rayon sakinləri Ş.İngilisli və O.Paşayev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Qazax şəhər sakini A.Məmmədovun yaşadığı evdən ov tüfəngi aşkar olunaraq götürülüb
Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədovun yaşadığı evə baxış zamanı nömrəsi silinmiş “TOZ-8” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Xaçmaz şəhər sakini R.Paşayevə məxsus həyətyanı sahədən çətənə kolları aşkar olunaraq götürülüb
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini R.Paşayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Qubadlı rayonunun Davudlu kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Qubadlı Rayon Polis Şöbəsi, Dövlət Sərhəd Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə keçirdikləri tədbir nəticəsində rayonun Davudlu kəndi ərazisində yabanı halda bitmiş 1,1 tona yaxın çəkidə 1673 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində “Mercedes” markalı avtomobillə rayon sakini K.Rüstəmov vurulub
İyunun 2-də saat 12 radələrində Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində Gəncə şəhər sakini Ş.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini K.Rüstəmovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Yevlax rayonunun Xaldan kəndi ərazisində “VAZ-21099” markalı avtomobillə piyada vurulub
İyunun 2-də saat 19 radələrində Yevlax rayonunun Xaldan kəndi ərazisində rayon sakini İ.Lələkişiyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Ş.Musayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olan “Prius” sürücüsü saxlanılıb
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş Kamran İsmayılov saxlanılıb. Onun üzərinə və idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 2 kiloqrama yaxın marixuana aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, Kamran İsmayılov tanışı şəxsiyyəti istintaqla araşdırılan “Mahal” adlı İran vətəndaşının göstərişi ilə onun qanunsuz yollarla ölkəyə göndərdiyi narkotiklərin paytaxtın müxtəlif ərazilərində paylanması ilə məşğul olub. O, taksi sürücüsü görüntüsü yaradaraq Bakı şəhərində narkotiklərin dövriyyəsini təşkil edib.Qeyd edək ki, 3-cü Polis Şöbəsinin əməkdaşlarının son günlərdə həyata keçiridikləri əməliyyatlar zamanı Binə və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 29 nəfər tutularaq istintaqa təqdim edilib. Saxlanılanlardan bir neçəsinin Binə qəsəbəsində yük maşınlarından akkumulyator oğurladıqları da müəyyən edilib.Aşkar edilən faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
01.06.2023
İyunun 1-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sabunçu qəsəbə sakini Y.Novruzova münaqişə zəminində bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Qəbələ rayon sakini Ə.Rəsulov saxlanılıb
Mayın 31-də Sabunçu qəsəbə sakini Y.Novruzovun xəsarət alması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün saat 21 radələrində qəsəbə ərazisində yerləşən parkda Qəbələ rayon sakini Ə.Rəsulovun münaqişə zəminində Y.Novruzova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Ə.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Hacıqabul şəhər sakinləri olan Quliyev qardaşlarına münaqişə zəminində xəsarət yetirməkdə şübhəli bilinən M.Rzayev saxlanılıb
İyunun 1-də saat 23 radələrində Hacıqabul şəhərində şəhər sakinləri E.Quliyevin və qardaşı A.Quliyevin xəsarət almaları barədə polisə məlumat daxil olub.Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhər sakini M.Rzayevin münaqişə zəminində E.Quliyevə və qardaşına xəsarət yetirməsi müəyyən edilib.Əməliyyat tədbirləri ilə M.Rzayev şübhəli şəxs qismində saxlanılıb.Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.