Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində bir nəfərin 2260 manatını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
03.06.2023
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Masazır qəsəbəsi ərazisində bir nəfərin 2260 manatını oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini A.Məmmədova və Bərdə rayon sakini E.Sarıyeva müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Masallı rayonu Qızılağac kəndinin otlaq sahəsindən kənd sakini E.Nəsirovun 4 baş qoyununu oğurlamaqda şübhəli bilinən O.Məmmədov saxlanılıb
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 1-də Qızılağac kəndinin otlaq sahəsindən kənd sakini E.Nəsirovun 4 baş qoyununu oğurlamaqda şübhəli bilinən kənd sakini O.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Balakən rayonunun Qullar kənd sakini E.Orucovdan marixuana və çətənə bitkisini toxumları aşkar olunaraq götürülüb
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qullar kənd sakini, əvvəllər məhkum olunmuş E.Orucovdan marixuana və 92 ədəd çətənə bitkisini toxumları aşkar olunaraq götürülüb. Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu da götürülüb.
Qazax rayonunun Məzəm kəndi ərazisində yabanı halda bitmiş 5 ton çəkidə çətənə kolları aşkar olunaraq məhv edilib
Qazax Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Məzəm kəndi ərazisində 0,5 hektar sahədən yabanı halda bitmiş 5 ton çəkidə 12.500 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Laçın rayonunun Zabux qəsəbəsi ərazisində yabanı halda bitmiş 1 tondan artıq çətənə kolları aşkar olunaraq məhv edilib
Laçın Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Zabux qəsəbəsi ərazisində yabanı halda bitmiş 1 ton 250 kiloqram çəkidə 2850 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Yevlax rayonunun Gülöyşə kənd sakini Z.Mirzəzadəyə məxsus həyətyanı sahədən çətənə kolları götürülüb
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Gülöyşə kənd sakini Z.Mirzəzadəyə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində "Hyundai" markalı avtomobillə Kürdəmir rayon sakini S.Hüseynov vurulub
İyunun 3-də saat 21 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Həsənova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Kürdəmir rayon sakini S.Hüseynovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Qusar rayonunun Çiləgir kəndi ərazisində “VAZ-2107” və “VAZ-2106” markalı avtomobillər toqquşub
İyunun 3-də saat 21 radələrində Qusar rayonunun Çiləgir kəndi ərazisində rayon sakinləri V.Eyvazovun idarə etdiyi “VAZ-2107” və N.Ağarzayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə N.Ağarzayevin sərnişini olan həyat yoldaşı hadisə yerində ölüb, özü və digər sürücü isə xəstəxanaya yerləşdiriliblər.Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 66 cinayətin açılması təmin olunub
02.06.2023
İyunun 2-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində münaqişə zəminində qəsəbə sakini N.Rəhmanova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən İ.Əhmədov saxlanılıb
İyunun 2-də saat 18 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini İ.Əhmədov münaqişə zəminində N.Rəhmanova bıçaqla xəsarət yetirib.Qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən İ.Əhmədov Suraxanı RPİ 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.