Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağcabədi rayon sakinləri olan 3 nəfərdən marixuana götürülüb
04.07.2023
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri, əvvəllər məhkum olunmuş N.Əsgərovdan 465 qram, M.Şükürovdan 490 qram və Nəsirovdan 480 qram marixuana götürülüb.Araşdırmalarla N.Əsgərovun rayon ərazisindəki fotostudiyaların birindən 250 manat dəyərində samovar oğurlaması da müəyyən olunub. Araşdırma aparılır.
Şəmkir rayon sakini M.Bayramovun yaşadığı Çinarlı qəsəbəsindəki evdən qanunsuz saxladığı ov tüfəngi və 8 ədəd patron aşkar edilərək götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Bayramovun yaşadığı Çinarlı qəsəbəsindəki evə baxış zamanı qanunsuz saxladığı “İJ-17” markalı ov tüfəngi və 8 ədəd patron aşkar edilərək götürülüb.
Hacıqabul rayonunun Meyniman kənd sakini D.Baxışovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Meyniman kənd sakini D.Baxışovdan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb.
Qax rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri "Xaşxaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Qax rayonu ərazisində yabanı halda bitmiş 2 ton 165 kiloqram çəkidə 3436 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Culfa rayonunun Xanəgah kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri "Xaşxaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Xanəgah kəndi ərazisində yabanı halda bitmiş 2,3 ton çəkidə 28750 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Ağdam rayonunun Çəmənli kənd sakini Ə.Ələkbərova məxsus həyətyanı sahədən çətənə kolları və marixuana aşkar olunaraq götürülüb
Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri "Xaşxaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Çəmənli kənd sakini Ə.Ələkbərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 27 ədəd çətənə kolu və 545 qram marixuana aşkar olunaraq götürülüb.
Nərimanov rayonunda “Məhsun” və “İsi” adlı iranlı narkotacirlərin şəbəkəsinə daxil olan daha 6 nəfər saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən dəstənin Azərbaycandakı üzvlərinin saxlanııması istiqamətinə növbəti əməliyyatlar keçirilib. Nəticədə 6 nəfərdən ibarət 3 dəstənin üzvü saxlanılıb. Onlardan ümumilikdə 14 kiloqram, o cümlədən 11 kiloqram heroin və 3 kiloqram marixuana aşkar edilib.Bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən ilk əməliyyat zamanı İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçilərindən olan paytaxt sakinləri Anar Quliyev və Elşən Sarızadə saxlanılıblar. Bu şəxslərdən qanunsuz yolla əldə etdikləri 3 kiloqram marixuana və 1 kiloqram heroin aşkar olunub. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı isə narkotiklərin satışı ilə məşğul olan daha 4 nəfər – Sadiq Həsənov, Sənan Qubatov, Vüqar Əmirov və Eldar Həsənov da saxlanılıblar. Bu şəxslərdən isə 10 kiloqram heroin və marixana aşkar edilib.Saxlanılan 6 nəfərin hər biri narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyətləri istintaqla araşdırılan “Məhsun” və “İsi” adlı İran vətəndaşlarından maddi gəlir qarşılığında satmaq məqsədi ilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
03.07.2023
İyulun 3-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qusar rayonunun Ləcət kəndi ərazisində rayon sakini olan bir nəfərə qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən P.Rzaxanov saxlanılıb
İyulun 3-də Qusar rayonunun Ləcət kəndi ərazisində rayon sakini olan bir nəfərin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş P.Rzaxanov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə Zəngilan rayon sakini İ.Qafarov vurulub
İyulun 2-də saat 22 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Z.Fərəcov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Zəngilan rayon sakini İ.Qafarovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada iyulun 3-də orada ölüb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.