Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bərdə rayonunun Mollaisalar kəndi ərazisində “Opel” markalı avtomobillə Ağdaş rayon sakini Ə.Ədilov vurulub
05.07.2023
İyulun 5-də saat 16 radələrində Bərdə rayonunun Mollaisalar kəndi ərazisində rayon sakini E.Əliyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Ağdaş rayon sakini Ə.Ədilovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nəsimi rayonu A.Mustafayev küçəsindəki mağazaların birində bir nəfərin cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Abbasov saxlanılıb
İyulun 3-də Nəsimi rayonu A.Mustafayev küçəsindəki mağazaların birində Bakı şəhər sakini olan bir nəfərin içərisində 2000 manat, bank kartları və 2 ədəd mobil telefon olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Abbasov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonundakı A.M.Şərifzadə küçəsindən moped oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 4-nə keçən gecə A.M.Şərifzadə küçəsindən 2000 manat dəyərində bir moped oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri A.Hacızadə və P.Qasımov müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Qusar rayonunun Ləyər Qışlaq kəndindəki evlərin birindən ov tüfəngini oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini S.İsmayılov müəyyən edilərək saxlanılıb
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 12-də Ləyər Qışlaq kəndindəki evlərin birindən müvafiq sənədləri olan “TOZ-12” markalı ov tüfəngini oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş S.İsmayılov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Biləsuvar rayonu ərazisində saxlanılan “Hyundai” markalı avtomobilin sürücüsü və sərnişinindən 1 kiloqram 220 qram marixuana aşkar edilərək götürülüb
Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş M.Şükürovun idarə etdiyi “Hyundai” markalı avtomobil Biləsuvar rayonu ərazisində saxlanılıb. Avtomobilə baxış zamanı M.Şükürova və sərnişini olan əvvəllər məhkum olunmuş T.Mürsəliyevə məxsus 1 kiloqram 220 qram marixuana aşkar edilərək götürülüb.
Novxanı qəsəbəsində “Makarov” satmaq istəyən şəxs saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Novxanı qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Bölməyə əvvəllər dəfələrlə məhkum olunmuş Abşeron rayon sakini Emin Əliyevdə silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və sandıqça aşkar edilərək götürülüb. Emin Əliyev odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib. Faktla bağlı Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub
04.07.2023
İyulun 4-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisindən bir avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini E.Abdullayev saxlanılıb
İyulun 2-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisindən “Hyundai” markalı bir avtomobilin qaçırılması barədə Xəzər RPİ 2-ci Polis Şöbəsinə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Siyəzən rayonu ərazisində saz vəziyyətdə tapılıb.Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Abdullayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində bir nəfərin cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Füzuli rayon sakini E.Fərəcov saxlanılıb
İyunun 18-də Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini olan bir nəfərin içərisində pul, sənəd və bank kartı olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş E.Fərəcov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhəri Nəvai küçəsindən “VAZ-2106” markalı bir avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini F.Tağıyev müəyyən edilərək saxlanılıb
İyulun 3-də Gəncə şəhəri Nəvai küçəsindən “VAZ-2106” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini F.Tağıyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.