Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şəki şəhəri Çapağan kəndi ərazisində çətənə kolu aşkar olunaraq məhv edilib
06.07.2023
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Çapağan kəndi ərazisində 1 hektar sahədə yabanı halda bitmiş 3 ton çəkidə 50000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Şəmkir rayonu Tatarlı kəndi ərazisində yabanı halda bitmiş çətənə kolu aşkar olunaraq məhv edilib
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Tatarlı kəndi ərazisində yabanı halda bitmiş 400 kiloqram çəkidə 1000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Bərdə rayonunun Cəyirli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 6-da saat 22 radələrində Bərdə rayonunun Cəyirli kəndi ərazisində rayon sakini S.Sadıqov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Yevlax rayon sakini H.Əsgərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Sabunçu polisi Ləhiş bağları, Maştağa, Nardaran və Ramanada çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirib
Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və ərazi polis orqanlarının əməkdaşları tərəfindən ötən gün Ləhiş bağları, Maştağa, Nardaran və Ramana qəsəbələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı təxirəsalınmaz əməliyyatlar keçirilib. Nəticədə qeyd edilən ərazilərdə çətənə kollarının kultivasiyası ilə məşğul olan 7 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 394 ədəd kultivasiya yolu ilə əkib-becərdikləri çəkisi 12 kiloqram olan çətənə kolu aşkar edilib. Qeyd edək ki, iyun ayı ərzində Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rayon ərazisində həyata keçirdiyi əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 44 nəfər saxlanılıb. Həmin şəxslərin hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilirQeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 48 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması təmin olunub
05.07.2023
İyulun 5-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Göyçay şəhərində münaqişə zəminində qonşusu Ş.Kərimovu bıçaqla qəsdən öldürməkdə şübhəli bilinən A.Əliyev saxlanılaraq istintaqa təhvil verilib
İyulun 5-də Göyçay şəhərində əvvəllər məhkum olunmuş 34 yaşlı Ş.Kərimovun ölməsi barədə polisə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyevin münaqişə zəminində qonşusu Ş.Kərimova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Əliyev sübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Binəqədi rayonu ərazisindən “Opel” markalı bir avtomobili qaçırmaqda şübhəli bilinən 28 May qəsəbəsi sakini Q.Yunusov avtomobillə saxlanılıb
İyulun 5-də Binəqədi rayonu ərazisindən “Opel” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 28 May qəsəbəsi sakini Q.Yunusov müəyyən edilərək avtomobillə saxlanılıb. Araşdırma aparılır.
Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində idarə etdiyi avtomobillə piyadanı vuraraq hadisə yerindən yayınan sürücü S.Allahverənov müəyyən edilərək saxlanılıb
İyulun 3-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Ağdam rayon sakini O.Mirzəyevin avtomobillə vurulması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini S.Allahverənov müəyyən edilərək saxlanılıb.Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Səbail rayonu ərazisində “Hyundai” markalı avtomobillə Bakı şəhər sakini C.Əsgərov vurulub
İyulun 6-da saat 1 radələrində Səbail rayonu ərazisində Hacıqabul rayon sakini Ə.Musayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini C.Əsgərovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Tərtər rayonunun Düyərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 5-də saat 14 radələrində Tərtər rayonunun Düyərli kəndi ərazisində Şıxarx qəsəbə sakini M.Abdullayev idarə etdiyi “VAZ-21703” markalı avtomobillə yolu keçən velosipedçi Sarıcalı kənd sakini N.İlyasovu vurduqdan sonra yolun kənarındakı beton dirəyə dəyib. Nəticədə N.İlyasov, M.Abdullayev və 2 sərnişini xəstəxanaya yerləşdirilib, N.İlyasov orada ölüb. Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.