Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Goranboy rayonunun Borsunlu kəndi ərazisində “Naz-Lifan” markalı avtomobil yolun kənarında dayanan “İsuzu” markalı avtomobilə çırpılıb
07.06.2023
İyunun 6-da saat 11 radələrində Goranboy rayonunun Borsunlu kəndi ərazisində Gəncə şəhər sakini V.Salahov idarə etdiyi “Naz-Lifan” markalı avtomobili yolun kənarında dayanan “İsuzu” markalı avtomobilə vurub. Nəticədə “Naz-Lifan” markalı avtomobilin sürücüsü və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
İyunun 7-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
06.06.2023
İyunun 6-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini olan bir nəfərin bank kartından 470 manatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Səfərəliyev saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 2-də Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 470 manatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Səfərəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nizami rayonunun Q.Qarayev prospektində yerləşən gözəllik salonlarının birində iki qadının çantalarından cüzdanlarını oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunub
İyunun 4-də axşam saatlarında Nizami rayonunun Q.Qarayev prospektində yerləşən gözəllik salonlarının birində iki qadının çantasından içərisində ümumilikdə 720 manat pul, bank kartları və sənəd olan cüzdanlarının oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunub. Araşdırma aparılır.
Biləsuvar rayonunun Günəşli kənd sakini R.Sadıqovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Günəşli kənd sakini R.Sadıqovdan qanunsuz saxladığı “TOZ-34” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Gəncə şəhər sakini O.Abdullayevdən tapança, patron darağı və patronlar götürülüb
Samux Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş O.Abdullayevdən nömrəsi silinmiş “Wolter P-38” markalı tapança, 1 ədəd patron darağı və 2 ədəd patron götürülüb. Araşdırma aparılır.
Samux rayonunun Qaraarx kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qaraarx kəndi ərazisində yabanı halda bitmiş 2,3 tona yaxın çəkidə 3337 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Ağsu rayonunun Padar-Qışlaq kəndi ərazisində “KamAZ” markalı avtomobil yolun kənarına aşıb
İyunun 6-da saat 6 radələrində Ağsu rayonunun Padar-Qışlaq kəndi ərazisində İmişli rayon sakini E.Əliyev idarə etdiyi “KamAZ” markalı avtomobili yolun kənarına aşırıb və nəticədə hadisə yerində ölüb.Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nizami rayonunun Q.Qarayev prospektində “Hyundai” markalı avtomobillə Naxçıvan şəhər sakini Q.Zeynalov vurulub
İyunun 6-da saat 23 radələrində Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini A.Əsədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Q.Zeynalovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.