Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Cəlilabad rayon sakini İ.Babayev müəyyən edilərək motosikletlə saxlanılıb
08.07.2023
İyulun 4-nə keçən gecə Nizami rayonunun K.Balakişiyev küçəsindən “TM-200” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub.Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İ.Babayev müəyyən edilərək motosikletlə saxlanılıb. Araşdırma aparılır.
5 baş qoyun oğurlamaqda şübhəli bilinən Goranboy rayonunun Borsunlu kənd sakini X.Ələkbərov müəyyən olunaraq saxlanılıb
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Borsunlu kənd sakini X.Məmmədovun yardımçı təsərrüfatdan 5 baş qoyun oğurlamaqda şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş X.Ələkbərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub
07.07.2023
İyulun 7-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyulun 5-də Şəmkir rayonu ərazisində keçirdikləri tədbirlər zamanı məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi və çirkab suların torpağa axıdılması faktlar aşkar olunub.İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 262.2.3-cü (içməli, məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə) maddəsinin tələblərini pozduqlarına görə Şəmkir şəhər Mənzil İstismar Kontorunun məsul şəxsi və rayon sakini olan 2 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Şəmkir rayonu ərazisində Z.Əhmədovaya odlu silahdan atəş açmaqda şübhəli bilinən əri Ə.Əhmədov tutularaq istintaqa təhvil verilib
İyulun 7-də saat 20 radələrində Şəmkir rayonu ərazisində Z.Əhmədovanın odlu silahdan açılan atəşdən xəsarət alması barədə Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub.Araşdırmalarla rayon sakini Ə.Əhmədovun münaqişə zəminində arvadına tüfəngdən atəş açaraq onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ə.Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Ondan cinayətdə istifadə etdiyi qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.Faktla bağlı cinayət işi başlanılıb.
Avtomobil qaçırmaqda şübhəli bilinən Babək rayon sakini X.Hacıyev saxlanılıb
Babək Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də Nehrəm qəsəbəsi ərazisindən “Mercedes” markalı bir avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini X.Hacıyev saxlanılıb. Babək Rayon Polis İdarəsində araşdırma aparılır.
Xaçmaz rayonunun Vələmir kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 7-də saat 15 radələrində Xaçmaz rayonunun Vələmir kəndi ərazisində Şabran rayon sakini H.Xanbutayev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu atla keçən şəhər sakini B.Bayramovu vurub və nəticədə B.Bayramov hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Qobustan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 7-də saat 22 radələrində Qobustan rayonunun Qobustan şəhəri ərazisində Şamaxı rayon sakini F.Gülməmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən şəhər sakini S.Əzizovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini Z.Səmədov avtomobillə saxlanılıb
İyulun 6-na keçən gecə Binəqədi rayonunun K.Rəhimov küçəsindən “VAZ-2101” markalı bir avtomobilin qaçırılması barədə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Z.Səmədov Yasamal rayonu ərazisində avtomobillə saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini S.Sadıqovu qətlə yetirməkdə şübhəli bilinən A.Cəfərov tutularaq istintaqa təhvil veirlib
İyulun 5-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi 1 May yaşayış sahəsində yol kənarında çürüməyə məruz qalmış insan meyitinin aşkar olunması barədə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə məlumat daxil olub. Araşdırmalarla onun Bakı şəhər sakini S.Sadıqov olması məlum olub. Polis və prokurorluq əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində iyunun 25-də saat 1 radələrində A.Cəfərovun münaqişə zəminində onu qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı cinayət işi başlanıb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş A.Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil veirlib.