Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
09.07.2023
İyulun 9-da saat 9 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Sumqayıt şəhər sakinləri N.Süleymanlının idarə etdiyi “Mercedes” və V.Quliyevin idarə etdiyi “Ravon” markalı avtomobillər toqquşub. Nəticədə N.Süleymanlı hadisə yerində ölüb, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər. Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 9-da saat 18 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Tərtər rayon sakini S.Çərkəzli idarə etdiyi “İJ-27175” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini İ.Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Abşeron rayonunun Digah kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 9-da saat 20 radələrində Abşeron rayonunun Digah kəndi ərazisində Beyləqan rayon sakini M.Xudayev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən kənd sakini R.Əzizovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Şəmkir rayonunun Qədim Qala kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 9-da saat 21 radələrində Şəmkir rayonunun Qədim Qala kəndi ərazisində kənd sakini M.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Şəmkir şəhər sakini C.Qasımovu vurub, sonradan yolun kənarında dayanan “Mercedes” markalı avtomobilə dəyib. Nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Yabanı halda bitmiş 6 ton 112 kiloqram çəkidə 13379 ədəd çətənə bitkisi aşkar olunaraq məhv edilib
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Qapanlı kəndi ərazisində yabanı halda bitmiş 6 ton 112 kiloqram çəkidə 13379 ədəd çətənə bitkisi aşkar olunaraq məhv edilib.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Məmmədov, R.İsmayılov və E.Xəlilov müəyyən edilərək saxlanılıblar
Nəsimi RPİ 19-cu Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 5-də rayon ərazisindəki köşklərin birindən pul, tütün məmulatı və lotereya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - E.Məmmədov, R.İsmayılov və E.Xəlilov müəyyən edilərək saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan heroin aşkar edilərək götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub
08.07.2023
İyulun 8-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Yabanı halda bitmiş 1628 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Əyyublu kəndi ərazisində yabanı halda bitmiş 1628 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Qazax rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 8-də saat 20 radələrində Qazax rayonunun Çaylı kəndi ərazisində rayon sakini A.Allahverdiyev idarə etdiyi “VAZ-21011” markalı avtomobili ağaca vurub aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Füzuli rayon sakini C.Cəfərzadənin Nərimanov rayonunun Z.Bünyadov prospekti ərazisində gizlətdiyi 150 qramdan artıq heroin və 101 qramdan çox metamfetamin aşkar edilərək götürülüb
Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə Bakı İstintaq Təcridxanasında saxlanılan Füzuli rayon sakini C.Cəfərzadənin Nərimanov rayonunun Z.Bünyadov prospekti ərazisində gizlətdiyi 150 qramdan artıq heroin və 101 qramdan çox metamfetamin aşkar edilərək götürülüb.