Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qobustan rayonunun Şıxzərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
11.07.2023
İyulun 11-də saat 20 radələrində Qobustan rayonunun Şıxzərli kəndi ərazisində Qobustan şəhər sakini C.Mürsəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini olan həmyerlisi C.Həmzəyev hadisə yerində ölüblər.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Evkolipt ağaclarını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini R.Məmmədov müəyyən olunaraq saxlanılıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 6-da rayon ərazisindəki torpaq sahələrinin birindən 3000 manat dəyərində evkolipt ağaclarını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini R.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yabanı halda bitmiş çəkisi 1 ton 150 kiloqram olan 1923 ədəd çətənə kolu aşkar edilərək məhv edilib
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Eyvazlılar kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1 ton 150 kiloqram olan 1923 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Fərzəlioba kəndi ərazisində şəhər sakini H.Mehdiyev tərəfindən kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Yabanı halda bitmiş 2 ton 640 kiloqram çəkidə 33000 ədəd çətənə kolu aşkar edilərək məhv edilib
Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Ləkətağ kəndi ərazisində yabanı halda bitmiş 2 ton 640 kiloqram çəkidə 33000 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
İmişli rayonunun Gövhərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 11-də saat 16 radələrində İmişli rayonunun Gövhərli kəndi ərazisində Beyləqan rayon sakini P.Nufərov idarə etdiyi “Mercedes” markalı avtomobillə kənd sakini K.Musayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Ağdam rayon sakini R.Baxtiyev müəyyən olunaraq saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 3-də rayon ərazisindəki evlərin birindən 800 manat pul, 4550 manat dəyərində 2 ədəd mobil telefon və saat oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş R.Baxtiyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini N.Məmmədova müəyyən olunaraq saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakinləri olan iki qadının içərisində 1734 manat pul, sənəd və qulaqcıq olan cüzdanını oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini N.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Mobil telefonun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Mikiyev müəyyən olunaraq saxlanılıb
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 27-də bir nəfərin 2000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Mikiyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 30 cinayətin açılması təmin olunub
10.07.2023
İyulun 10-da ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.