Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan C.Məmmədovdan narkotik maddələr aşkar olunaraq göürülüb
12.07.2023
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan C.Məmmədovdan metamfetamin aşkar edilib.Davam etdirilən tədbirlərlə onun yaşadığı Corat qəsəbəsindəki evə baxış zamanı 2 kiloqram 270 qram marixuana və 110 qram metamfetamin götürülüb.
Lökbatan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 14 nəfər saxlanılıb
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsində son bir neçə gündə narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı təxirəsalınmaz əməliyyatlar keçirilib. Tədbirlər zamanı narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satışı ilə məşğul olan ümumilikdə 14 nəfər saxlanılıb. Həmin şəxslərdən 3 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, tiryək və psixotrop maddə metamfetamin aşkar edilib. Onların hər biri barəsində Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Biləsuvar rayon ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Nəsimi kənd sakini müəyyən edilərək saxlanılıb
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 10-da rayon ərazisindəki evlərin birindən 1400 manat oğurlamaqda şübhəli bilinən Nəsimi kənd sakini M.Sadıqov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Sabirabad rayonu Bulaqlı kəndi ərazisindəki kafelərin birindən pul və spirtli içki oğurlamaqda şübhəli bilinən rayon sakini saxlanılıb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 12-nə keçən gecə Bulaqlı kəndi ərazisindəki kafelərin birindən 860 manat pul və spirtli içki oğurlamaqda şübhəli bilinən rayon sakini A.Güləliyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Sabirabad Rayon Polis Şöbəsində narkotik vasitə ilə tutulan şəxin ticarət obyektindən pul oğurlaması da müəyyən olunub
Sabirabad Rayon Polis Şöbəsində aparılan araşdırmalarla narkotik vasitə ilə tutulan B.Bəşirovun qardaşı əvvəllər məhkum olunmuş T.Bəşirovla birgə rayon ərazisində 2 mağazadan pul və 840 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən olunub.Görülmüş tədbirlərlə T.Bəşirov saxlanılıb. Onun bir ticarət obyektindən 130 manat pul oğurlaması da müəyyən olunub.
Lerik Rayon Tikəband kənd sakininə məxsus həyətyanı sahədən çətənə bitkisi aşkar olunaraq götürülüb
Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Tikəband kənd sakini N.Hacıyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 6 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.
İsmayıllı rayonu Xanagah kəndi ərazisində yabanı halda bitmiş çətənə kolu aşkar olunaraq məhv edilib
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Xanagah kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1 ton 349 kiloqram olan 1989 ədəd çətənə kolu aşkar olunaraq məhv edili
Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub
11.07.2023
İyulun 11-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən şəxslərə yardım məqsədi ilə paylaşılan bank kartlarından kibercinayətkarlıq metodlarından istifadə edərək oğurluqlar edən şəxs saxlanılıb
Sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən və aztəminatlı şəxslərə yardım məqsədi ilə yerləşdirilən elanlarda göstərilən bank kartlarına müdaxilə olunduğu, həmçinin həmin hesablarda olan pulların informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə ələ keçirildiyi barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər edilib. Aparılan araşdırmalar və həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində kibercinayətkarlıq metodlarından istifadə edərək qeyd edilən qanunsuz əməlləri törədən Aslan Qurbanov saxlanılaraq istintaqa cəlb edilib.Müəyyən olunub ki, Aslan Qurbanov onkoloji xəstələr tərəfindən maddi yardımın toplanması üçün müxtəlif sosial şəbəkələrdə paylaşılmış bank kartlarının məlumatlarını götürərək həmin şəxslərlə xarici virtual nömrələr vasitəsilə əlaqə saxlayıb. O, həmin şəxsləri onlara yardım edəcəyi adı ilə aldadaraq bank kartlarının məxfi məlumatlarını əldə edib. Aslan Qurbanov informasiya texnologiyalarından istifadə etməklə ələ keçirdiyi pul vəsaitlərini izi itirmək məqsədi ilə əvvəlcə xaricdə olan idman-mərc oyunlarındakı hesablarına transfer edib. Sonradan o, pulları istifadəsində olan bank kartına köçürərək nağdlaşdırıb.Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3-1-ci oğurluq, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə maddəsi ilə cinayət işi başlanılıb. Aslan Qurbanovun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər.
58 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin Horadiz Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən birgə keçirilən daha bir əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. Daxil olmuş əməliyyat məlumatı əsasında İmişli rayonunda keçirilən tədbir zamanı Göyçay şəhər sakinləri əvvəllər məhkum olunmuşlar – Ruslan Qasımov, Nurlan Mehdiyev və Elmir İsmayılov narkotik madələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 58 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana və 1030 ədəd narkotik tərkibli metadon həbi aşkar edilib. Ruslan Qasımov, Nurlan Mehdiyev və Elmir İsmayılov onlardan aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Seyid” adı şəxsin vasitəsilə qabaqcadan əlbir olub razılaşmaqla sərhəd bölgəsində yerləşən İmişli rayonu Qaragüvənlikli kəndi ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, son 3 ay ərzində Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərilməsinin qarşısının alınması məqsədi ilə birgə keçirilən əməliyyatlar zamanı 500 kiloqramdan artıq müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.