Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sahil qəsəbəsi ərazisində lüləsi və qundağı kəsilmiş ov tüfəngi tapılıb
13.07.2023
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşları tərəfindən Sahil qəsəbəsi ərazisində lüləsi və qundağı kəsilmiş “TOZ” markalı ov tüfəngi tapılıb.
Sabunçu rayon ərazisindəki 2 həyətyanı sahədən velosiped və su nasosu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 2 həyətyanı sahədən 2 ədəd velosiped və su nasosu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayon sakini olan bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 4-də Abşeron rayon sakini olan bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini V.Bağırova müəyyən edilərək saxlanılıb. Araşdırma aparıl
Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 13-də saat 18 radələrində Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində Poladlı kənd sakini R.Səfərovun idarə etdiyi “QAZel” və Ağdam rayon sakini S.Hümbətovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən S.Hümbətovun sərnişini Laçın rayon sakini Z.Rzayev orada ölüb.Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
Nizami rayonunun Babək prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 13-də saat 23 radələrində Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Y.İbrahimov “Ford” markalı yük avtomobilini geriyə idarə edərkən yolu keçən paytaxt sakinləri A.İsmayılovu və qardaşını vurub. Nəticədə A.İsmayılov hadisə yerində ölüb, qardaşına xəstəxanada ilkin tibbi yardım göstərilib.Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Goranboy rayonunun Səfikürd kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 14-də saat 2 radələrində Goranboy rayonunun Səfikürd kəndi ərazisində kənd sakini R.Məmmədov idarə etdiyi “VAZ-21124” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan həyat yoldaşı və oğlu xəstəxanaya yerləşdiriliblər.Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Yasamal rayonu Kənar Dairəvi Yolda yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 13-də saat 10 radələrində Yasamal rayonunun Kənar Dairəvi Yolda Bakı şəhər sakinləri C.Rzayevin idarə etdiyi “Kia” və M.Qasımovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərdə olan 5 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərilb.Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub
12.07.2023
İyulun 12-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Yevlax rayonunun Aran qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi
İyulun 12-də saat 10 radələrində Yevlax rayonunun Aran qəsəbəsi ərazisində Ağstafa rayon sakini C.Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili körpüdən Qarabağ kanalına aşırıb. Görülən tədbirlərlə C.Həsənovun meyiti və avtomobili sudan çıxarılıb.Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.