Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Culfa şəhər sakini E.Rzayevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb
13.07.2023
Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Rzayevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Yardımçı təsərrüfatın dam hissəsini yandırmaqda şübhəli bilinən Şamaxı rayonunun Birinci Çaylı kənd sakini Z.Tapdıqov müəyyən olunaraq saxlanılıb
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 17-də Birinci Çaylı kəndindəki fermaların birində yardımçı təsərrüfatın dam hissəsini yandırmaqda şübhəli bilinən kənd sakini Z.Tapdıqov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun kənd ərazisindəki otlaq sahədən 12 baş inəyi oğurlamağa cəhd göstərməsi də müəyyən olunub.
Kürdəmir rayon sakini S.Şəmiyevin idarə etdiyi avtomobilə baxış zamanı oradan 3 kiloqram 125 qram tiryək və 5 kiloqram 120 qram marixuana aşkar olunaraq götürülüb
Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Kürdəmir rayon sakinləri, əvvəllər məhkum olunmuşlar R.Məmmədov və S.Şəmiyev saxlanılıblar. S.Şəmiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqram 125 qram tiryək və 5 kiloqram 120 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Siyəzən şəhər ərazisində N.Hacıyevin işlədiyi avtoyuma məntəqəsindən metamfetamin aşkar olunaraq götürülüb
Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində əvvəllər məhkum olunmuş N.Hacıyevin işlədiyi avtoyuma məntəqəsindən metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Yabanı halda bitmiş 1 ton 730 kiloqram çəkidə 2428 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Aşağı Tala kəndinin ərazisində 3 hektar sahədən yabanı halda bitmiş 1 ton 730 kiloqram çəkidə 2428 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən Salyan rayon sakini E.Xanəliyev barəsində protokol tərtib olunmuşdur
İyulun 13-də saat 19 radələrində Ələt-Astara yolunda yerləşən postda “DAF” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Sürücü, Salyan rayon sakini E.Xanəliyevin narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunaraq Masallı rayon məhkəməsinə göndərilib.
Sabunçu rayon ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində kondisioner, generator, su nasosu və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Quliyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhəri ərazisində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Göygöl rayon sakini hadisə yerində saxlanılıb
İyulun 13-də saat 23.32-də Gəncə şəhəri ərazisində yerləşən mühafizə olunan marketlərin birindən Gəncə Regional Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.Polis əməkdaşlarının operativ tədbirləri ilə oradan oğurluq etməkdə şübhəli bilinən Göygöl rayon sakini C.Novruzov hadisə yerində saxlanılaraq Gəncə ŞBPİ 1-ci Polis Şöbəsinə təhvil verilib.
Biləsuvar rayon sakini olan bir nəfərin elektron bank hesabından pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini saxlanılıb
Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 10-da Biləsuvar rayon sakini olan bir nəfərin elektron bank hesabından 360 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini N.Mustafayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulan şəxsin M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən pul və mobil telefon oğurlaması da müəyyən olunub
Binəqədi RPİ 4-cü Polis Şöbəsində aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulan E.Əlimuradovun M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 2251 manat pul və mobil telefon oğurlaması da müəyyən olunub. Araşdırma aparılır.