Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qusar Rayon ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən Qusar rayon sakini saxlanılıb
14.07.2023
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 14-də şəhər ərazisindəki mağazaların birindən 1000 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Q.Qaçayev saxlanılıb. Araşdırma aparılır.
Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 15-də saat 1 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində kənd sakini A.Abdurrəhmanovun idarə etdiyi “VAZ-21013” və İsmayıllı rayon sakini A.Nəsrullayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
Gün ərzində ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub
13.07.2023
İyulun 13-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Türkan qəsəbə sakini Ə.İsmayıllıya xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Dadaşov müəyyən edilərək saxlanılıb
İyulun 13-də saat 22 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisindən qəsəbə sakini Ə.İsmayıllının kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Bakı şəhər sakini Z.Dadaşov müəyyən edilərək saxlanılıb. Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Paytaxt sakini E.Mikayılova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən E.Həsənov müəyyən edilərək saxlanılıb
İyulun 13-də saat 19 radələrində Xətai rayonu ərazisində paytaxt sakini E.Mikayılovun bıçaq xəsarəti alması barədə məlumat daxil olub.Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Həsənov müəyyən edilərək saxlanılıb.Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Tovuz rayon sakini İ.Ələsgərova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Qəbələ rayon sakini S.Alışov saxlanılıb
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində iyulun 12-də Sabunçu qəsəbəsi ərazisində Tovuz rayon sakini İ.Ələsgərova bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməkdə şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş S.Alışov saxlanılıb. Araşdırma aparılır.
Mehdiabad qəsəbə sakini R.Əliyevə bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmada şübhəli bilinən Saatlı rayon sakini V.Daşdiyev saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində iyulun 11-də Mehdiabad qəsəbəsi ərazisində qəsəbə sakini R.Əliyevə bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmada şübhəli bilinən Saatlı rayon sakini V.Daşdiyev saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən paytaxt sakini Ü.Qurbanova müəyyən edilərək saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 10-da Bakı şəhər sakini olan bir qadının içərisində 330 manat pul və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ü.Qurbanova müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Moped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Vəlizadə müəyyən olunaraq saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 2-də rayon ərazisindən paytaxt sakini olan bir nəfərin mopedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Vəlizadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.