Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Lüləsi və qundağı kəsilmiş “TOZ” markalı ov tüfəngi tapılıb
13.07.2023
Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Ə.İsgəndərov küçəsində lüləsi və qundağı kəsilmiş “TOZ” markalı ov tüfəngi tapılıb.
Oğurluqda şübhəli bilinən İmişli rayon sakini R.Qurbanova müəyyən edilərək saxlanılıb
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 11-də Bakı şəhər sakini olan bir qadının içərisində 300 manat, qulaqcıq və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini R.Qurbanova müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini M.Məmmədov müəyyən edilərək saxlanılıb
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 5-də şəhər ərazisində bir yardımçı təsərrüfatdan təmir alətləri və məişət əşyası oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini M.Məmmədov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Anbarların birindən oğurluq etməkdə şübhəli bilinən İ.Muradov və Bakı şəhər sakini Ş.Quliyev müəyyən edilərək saxlanılıblar
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 11-də rayon ərazisindəki anbarların birindən oğurluq etməkdə şübhəli bilinən İ.Muradov və Bakı şəhər sakini Ş.Quliyev müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini X.Quliyev müəyyən edilərək saxlanılıb
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 12-də rayon ərazisində “VAZ-2106” markalı bir avtomobildən 1200 manat pul, 180 manat dəyərində eynək və 2 ədəd ətir oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Quliyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini B.Nəsirov müəyyən edilərək saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində həyətyanı sahələrin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş B.Nəsirov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Enerji generatorunu oğurlamağa cəhd göstərən Sumqayıt şəhər sakini R.Rzayev müəyyən edilərək saxlanılıb
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 12-də şəhər ərazisindəki qəbristanlıqların birindən oradakı enerji generatorunu oğurlamağa cəhd göstərən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Rzayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini R.Qafarov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində bir zirzəmidən, bir yarımtikilidən, 3 həyətyanı sahədən məişət əşyaları, təmir-tikinti alətləri və darvaza oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Qafarov saxlanılıb. Araşdırma aparılır.
Mobil telefon oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini G.Alıyeva müəyyən olunaraq saxlanılıb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki mağazaların birində satıcının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini G.Alıyeva müəyyən olunaraq saxlanılıb.
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini B.Şəmsi saxlanılıb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 12-də saat 21 radələrində şəhər ərazisindəki evlərin birindən pul, 1600 manat dəyərində geyim və məişət əşyası oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş B.Şəmsi saxlanılıb. Araşdırmalarla onun daha bir avtomobildən pul və bank kartları oğurlaması da müəyyən olunub.