Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qax rayonunun Qaxingiloy kənd sakini T.Kasiaşvilidən 7 kiloqrama yaxın marixuana və 7 kiloqramdan artıq çətənə bitkisinin hissələri götürülüb
15.07.2023
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaxingiloy kənd sakini, əvvəllər məhkum olunmuş T.Kasiaşvilidən 6 kiloqram 725 qram marixuana götürülüb. Davam etdirilən tədbirlərlə onun Fısdıqlı kəndi ərazisində meşəlik sahədə saxladığı əlavə 7 kiloqramdan artıq çətənə bitkisinin hissələri aşkar olunaraq götürülüb.
Sabirabad rayonunun Cəngən kənd sakini N.Məmmədovun həyətyanı sahəsindən çətənə kolları götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Cəngən kənd sakini N.Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 38 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Cəbrayıl şəhəri ərazisində “Mitsubishi” markalı avtomobillə Beyləqan rayon sakini N.Ağayev vurulub
İyulun 15-də saat 18 radələrində Cəbrayıl şəhəri ərazisində Füzuli rayon sakini V.İbayev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Beyləqan rayon sakini N.Ağayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.
Lənkəran rayonunun Ürgə kəndi ərazisində “Mitsubishi” markalı avtomobil aşıb
İyulun 15-də saat 22 radələrində Lənkəran rayonunun Ürgə kəndi ərazisində E.Süleymanov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb və nəticədə o, hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir
14.07.2023
İyulun 14-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Sumqayıt şəhəri ərazisində və Xəzər dənizinin sahil zolağında keçirdikləri tədbirlər zamanı atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmaması, Sumqayıt çayına tullantı sularının axıdılması, həmçinin məişət və istehsalat tullantılarının çayın kənarında qalaqlanması faktları aşkar olunub. Atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmamasına görə Sumqayıt şəhəri ərazisində yerləşən istirahət mərkəzlərindən birinin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması), Sumqayıt çayına tullantı sularının axıdılmasına, həmçinin məişət və istehsalat tullantılarını çayın kənarında qalaqlanmasına görə isə bir vəzifəli şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələri ilə inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub
İyulun 14-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sumqayıt şəhəri ərazisində manevr qaydasını pozduğuna görə saxlanılan avtomobildən qara sellofan paketdə marixuana aşkar olunaraq götürülüb
Nərimanov rayonu ərazisində yerləşən ofislərin birindən oğurluq əməlini törətməkdə şübhəli bilinən bir yeniyetmə müəyyən olunaraq saxlanılıb
İyulun 13-də Nərimanov rayonu ərazisində yerləşən ofislərin birindən 20674 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən bir yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonu ərazisində iki evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində iki evdən ümumilikdə 3100 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Sabirabad Rayon Bulaqlı kəndi ərazisində yerləşən restoranların birindən pul oğurlamaqda şübhəli bilinən kənd sakini saxlanılıb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 14-nə keçən gecə Bulaqlı kəndi ərazisində yerləşən restoranların birindən 950 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini Ə.Zeynalov saxlanılıb. Araşdırma aparılır.