Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gəncə şəhəri ərazisində yolu keçən Cavadxan qəsəbə sakininin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
20.07.2023
İyulun 19-da saat 5 radələrində Gəncə şəhəri ərazisində yolu keçən Cavadxan qəsəbə sakini A.Verdiyevin müəyyən edilməyən avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin avtomobilin sürücüsü, şəhər sakini S.Nuruyev saxlanılıb.Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Qaradağ rayon ərazisində yerləşən ticarət mərkəzindəki mağazaların birindən soyğunçuluq yolu ilə pul talamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 19-da saat 13 radələrində rayon ərazisində yerləşən ticarət mərkəzindəki mağazaların birindən soyğunçuluq yolu ilə 585 manat pul talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Mustafayev müəyyən olunaraq saxlanılıb.Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini olan bir qadının qızıl boyunbağısının soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
İyulun 17-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini olan bir qadının qızıl boyunbağısının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.Soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Əliyev Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Ramana qəsəbəsindəki evlərin birindən pul və mobil telefonu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Neftçala rayon sakini saxlanılıb
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 17-də Ramana qəsəbəsindəki evlərin birindən 275 manat pul və mobil telefonu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş E.Abbasov müəyyən olunaraq saxlanılıb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Cəbrayıl rayon sakininin çantasını oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini müəyyən olunaraq saxlanılıb
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 15-nə keçən gecə Cəbrayıl rayon sakini O.Allahverdiyevin içərisində mobil telefonu, cüzdanı, sənəd və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini E.Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Lökbatan qəsəbəsi ərazisindəki müxtəlif avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakini saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Lökbatan qəsəbəsi ərazisində “Range Rover” markalı avtomobildən mobil telefon, “VAZ-21015” markalı avtomobildən 300 ABŞ dolları, “VAZ-2104 markalı digər avtomobildən isə 400 manat oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş M.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılı
Binə qəsəbəsi ərazisindəki bir marketin seyfindən pul oğurlamaqda şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 18-nə keçən gecə Binə qəsəbəsi ərazisindəki bir marketin seyfindən 732 manat pul oğurlamaqda şübhəli bilinən digər şəxs – V.Məmmədov da müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonu M.Xiyabani küçəsindəki bir gözəllik salonundan və M.Həmidov küçəsində yerləşən bir sexdən oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda M.Xiyabani küçəsindəki bir gözəllik salonundan kosmetika ləvazimatları, M.Həmidov küçəsində yerləşən bir sexdəki saxlanc yerindən isə 2950 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş bir yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini saxlanılıb və ondan marixuana,elektron tərəzi götürülüb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Musayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə 111 qrama yaxın marixuana və elektron tərəzi götürülüb.
Babək Rayon Araz kəndi ərazisində yerləşən bir mühərrik yağı sexindən oğurluq etməkdə şübhəli bilinən Babək şəhər sakini və Kəngərli rayon sakinləri saxlanılıblar
Babək Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 18-də Araz kəndi ərazisində yerləşən bir mühərrik yağı sexindən 129 ədəd metal boçka, 2 ədəd su çəni, 2 ədəd pəncərə, 1 ədəd qapı, 2 ədəd sərinkeş və 30 ədəd plastik borunu oğurlamaqda şübhəli bilinən Babək şəhər sakini M.Alcəfərov, Kəngərli rayon sakinləri A.Həsənov və T.Tağıyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.