Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub
18.07.2023
İyulun 18-də ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı-Qazax yolunun 260-cı kilometrliyində “KamAZ” markalı avtomobil çəkisini müəyyən etmək məqsədi ilə saxlanılıb
İyulun 18-də saat 12 radələrində Bakı-Qazax yolunun 260-cı kilometrliyində “KamAZ” markalı avtomobil çəkisini müəyyən etmək məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Tərəziyə dəvət olunan sürücü polisin qanuni tələbinə tabe olmayaraq avtomobili hərəkətə gətirib, patrul avtomobillərinin “Saxla” işarəsinə də məhəl qoymayaraq onların, həmçinin manevr qaydalarını pozub avtoxuliqanlıq hərəkətlərini davam etdirərək digər nəqliyyat vasitələrinin sürücülərinə qarşı da real təhlükə yaradıb.Görülən tədbirlərlə avtomobil dayandırılıb, bu zaman sürücü düşərək qaçmağa cəhd göstərib. Lakin polis əməkdaşlarının çevikliyi sayəsində o, saxlanılıb. Onun 37 yaşlı Balakən rayon sakini Asiman Əsgərov olması məlum olub və Yevlax Rayon Polis Şöbəsinə təhvil verilib.Araşdırma aparılır.
Xəzər rayonu ərazisindəki bir marketin seyfindən pul oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini saxlanılıb
İyulun 18-nə keçən gecə Xəzər rayonunun Binə qəsəbəsi ərazisindəki bir marketin seyfindən 732 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş P.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakıxanov qəsəbəsindəki evlərin birindən təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakıxanov qəsəbəsindəki evlərin birindən 3600 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Ələkbərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nizami rayonu ərazisində yerləşən ödəmə terminallarından birini yararsız hala salmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
İyulun 3-də Nizami rayonunun İ.Həbibov küçəsində yerləşən ödəmə terminallarından birinin yararsız hala salınması barədə polisə məlumat daxil olub.Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Bakı şəhər sakini Z.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Q.Qarayev prospektindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 13-də Q.Qarayev prospektindəki evlərin birindən 2000 manat dəyərində televizor, 3 ədəd qol saatı və bəzək əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – N.Qoçəliyev və E.Əliyev saxlanılıblar.Araşdırmalarla onların iyulun 12-də rayon ərazisindəki evlərin birindən 400 manat dəyərində velosiped oğurlamaları da müəyyən olunub.
Xətai rayonunu ərazisində yerləşən elektrik enerjsi paylayıcı qurğudan avtomat açarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini və Qubadlı rayon sakini saxlanılıblar
Xətai rayonunun Y.Əliyev küçəsində yerləşən elektrik enerjsi paylayıcı qurğudan 18 ədəd avtomat açarın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini F.Həsənov və Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş R.Camalov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılı
Şəmkir şəhər sakinindən qanunsuz saxladığı ov tüfəngi və patron aşkar olunaraq götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini R.Əliyevdən qanunsuz saxladığı “İJ-17” markalı ov tüfəngi və 5 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Şəki şəhər sakinindən marixuana və heroin aşkar olunaraq götürülüb
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş N.Xəlilovdan 420 qram marixuana və 4 qramdan artıq heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Tovuz Rayon Mülkülü kəndi ərazisində yabanı halda bitmiş çətənə kolu aşkar olunaraq məhv edilib
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Mülkülü kəndi ərazisində 3 sot torpaq sahəsindən yabanı halda bitmiş 50 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.