Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxtın Q.Qarayev prospektindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Qoçəliyev saxlanılıb
17.07.2023
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 13-də Q.Qarayev prospektindəki evlərin birindən 2000 manat dəyərində televizor, 3 ədəd qol saatı və bəzək əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş N.Qoçəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yevlax şəhər sakini V.İsmayılovdan marixuana götürülüb
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş V.İsmayılovdan 390 qram marixuana götürülüb. Araşdırma aparılır.
Qəbələ rayonunun Bum qəsəbə sakini E.Eyyubova məxsus həyətyanı sahədən çətənə kolları götürülüb
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Bum qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Eyyubova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Lənkəran rayon sakini M.Qəmbərovun həyətyanı sahəsindən çətənə kolları, yardımçı təsərrüfatından isə 3 kiloqramdan artıq marixuana götürülüb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Balıqçılar qəsəbə sakini M.Qəmbərovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 41 ədəd çətənə kolu, yardımçı təsərrüfata baxış zamanı isə 3 kiloqram 50 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Bakı şəhər sakini E.İsmayılovdan nömrəsi silinmiş tüfəng götürülüb
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsmayılovdan nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng götürülüb. Araşdırma aparılır.
Saatlı rayonunun Əliabad kənd sakini Ə.Quliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əliabad kənd sakini Ə.Quliyevdən qanunsuz saxladığı “TOZ-63” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobil aşıb
İyulun 17-də saat 6 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Neftçala rayon sakini Ə.Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki 2 sərnişin xəsarətlə xəstəxanaya yerləşdirilib, onlardan N.Xankişiyev orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Saatlı rayonunun Qaranuru kəndi ərazisində “VAZ-2106” və “Ford” markalı avtomobillər toqquşub
İyulun 17-də saat 17 radələrində Saatlı rayonunun Qaranuru kəndi ərazisində rayon sakinləri Z.Məmmədovun idarə etdiyi “VAZ-2106” və B.Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə Z.Məmmədov hadisə yerində ölüb.Faktla bağlı cinayət işi başlanılıb. Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qida sektorunda iri şirkətlərdən birinin şəbəkə və data serverlərinə kiberhücum edən dəstə üzvləri saxlanılıb
Azərbaycanın qida sektorunda iri şirkətlərdən birinin şəbəkə və data serverlərinə kiberhücum olması barədə Daxili İşlər Nazirliyinə məlumatlar daxil olub. Kiberhücumu həyata keçirən şəxslərin şifrələnmiş məlumatları polis əməkdaşları tərəfindən diqqətlə təhlil olunub və tətbiqi proqram təminatları vasitəsilə həmin şəxslərin kimliyi və koordinat məlumatları təyin edilib.Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində cinayəti törədən dəstə üzvləri Murad Rzayev, İbrahim Ələsgərov və Elvin Əliməmmədov xüsusi alqoritmlərdən və sosial mühəndislik üsullarından istifadə edərək şirkətin serverlərində yerləşən kommersiya sirri təşkil edən məlumatlara məsafədən giriş etməyə müvəffəq olmaqla ələ keçirdikləri məlumatları 60.000 manata satarkən saxlanılıblar.Onlar məlumat axınının davamlığını təşkil edəcəklərinə dair vədlər verərək hər ay üçün əlavə 10.000 manat ödəniş tələb ediblər.Faktla bağlı AR CM-in 271.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompyuter sisteminə qanunsuz daxil olma) və 272.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılaraq adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir
İyulun 14-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Sumqayıt şəhəri ərazisində və Xəzər dənizinin sahil zolağında keçirdikləri tədbirlər zamanı atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmaması, Sumqayıt çayına tullantı sularının axıdılması, həmçinin məişət və istehsalat tullantılarının çayın kənarında qalaqlanması faktları aşkar olunub. Atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmamasına görə Sumqayıt şəhəri ərazisində yerləşən istirahət mərkəzlərindən birinin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması), Sumqayıt çayına tullantı sularının axıdılmasına, həmçinin məişət və istehsalat tullantılarını çayın kənarında qalaqlanmasına görə isə bir vəzifəli şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələri ilə inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.