Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Zərdabda narkotiklərin satışı və kultivasiyası ilə məşğul olan şəxsdən 13 kiloqram marixuana, eləcə də 221 kiloqram çətənə kolu aşkar edilib
17.07.2023
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyanın qarşının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib. Tədbir zamanı rayonun Pərvanlı kənd sakini Mürşüd Abdullayev narkotiklərin satışını təşkil etməkdə şübhəli bilindiyi üçün polislər tərəfindən saxlanılıb. Onun həyətində olan tikiliyə baxış zamanı satış üçün qablaşdırdığı ümumi çəkisi 13 kiloqram olan narkotik vasitə marixuana aşkar edilib. Mürşüd Abdullayev marixuananı həyətində kultivasiya yolu ilə xüsusi qulluq edərək yetişdirdiyi çətənə bitkilərini qurudaraq əldə etdiyini bildirib.Əməliyyat tədbirlərinin davamı olaraq Mürşüd Abdullayevin yaşadığı evin həyətyanı sahəsinə də baxış keçirilib. Oradan həmin şəxs tərəfindən yetişdirilən yaş halda çəkisi 221 kiloqram olan 441 ədəd çətənə bitkisi də aşkar edilib. Çətənə kolları polislər tərəfindən kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, satma, külli miqdarda törədildikdə) və 237.2.3 (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
16.07.2023
İyulun 16-da ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Nərimanov rayonu ərazisində idarə etdiyi avtomobillə piyadanı vuraraq hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü İ.Mirzəyev müəyyən olunaraq saxlanılıb
İyulun 15-də saat 22 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini G.Həsənovanın avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və 16-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi məlum olub və həmin avtomobilin sürücüsü, paytaxt sakini İ.Mirzəyev müəyyən olunaraq saxlanılıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Lənkəran rayonunun Sinovli kəndi ərazisində 2 nəfərin 4 rəst atını oğurlamaqda şübhəli bilinən Y.Məmmədov saxlanılıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 9-da Sinovli kəndi ərazisində Moloja kənd sakinləri olan 2 nəfərin 4 rəst atını oğurlamaqda şübhəli bilinən Viravul kənd sakini Y.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aprılır.
Salyan rayonunun Aşağı Noxudlu kəndindəki bir evin həyətindən 1 baş inək oğurlamaqda şübhəli bilinən F.Şirinov saxlanılıb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 15-də Aşağı Noxudlu kəndindəki bir evin həyətindən 1 baş inək oğurlamaqda şübhəli bilinən Şabran şəhər sakini F.Şirinov müəyyən olunaraq saxlanılıb. Araşdırma aprılır.
Ağdaş rayonunun Pirəzə kənd sakini C.Quliyevin evindən 1 kiloqramdan artıq marixuana götürülüb
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Pirəzə kənd sakini C.Quliyevdən marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı əlavə 1 kiloqram 325 qramdan artıq marixuana götürülüb. Araşdırma aprılır.
Hacıqabul rayonunun Meyniman kənd sakini A.Şirəliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Meyniman kənd sakini A.Şirəliyevdən qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Sabirabad rayonunun Şəhriyar kənd sakini Z.Məmmədova məxsus həyətyanı sahədən çətənə kolları götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Şəhriyar kənd sakini, əvvəllər məhkum olunmuş Z.Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Şəmkir rayonunun 5 nəfər sakinindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Düyərli kənd sakini E.Babayevdən, Zəyəm qəsəbə sakini Ə.Cəlilovdan, Zəyəm Cırdaxan kənd sakini A.Məmmədovdan, Qapanlı kənd sakini B.Qarayevdən və Əliyaqublu kənd sakini Z.Nağıyevdən qanunsuz saxladıqları “İJ” markalı 5 ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
15.07.2023
İyulun 15-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.