Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Göyçay rayonunun Cəyirli kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almış piyada M.Kərimov yerləşdirildiyi xəstəxanada ölmüşdür
22.07.2023
İyulun 21-də saat 21 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində rayon sakini Ə.Mirzəyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən M.Kərimovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada iyulun 22-də orada ölüb. Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 22-də saat 21 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini R.Quliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini E.Quliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 22-də saat 20 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini C.Gərayev idarə etdiyi “Tofaş” markalı avtomobili dirəyə vurub. Nəticədə sürücü və sərnişini olan qardaşı Coşqun hadisə yerində ölüblər. Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Naxçıvan şəhərinin Qaraxanbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 22-də saat 19 radələrində Naxçıvan şəhərinin Qaraxanbəyli kəndi ərazisində kənd sakini H.Mirzəyev idarə etdiyi “Sepigan” markalı motosikleti dirəyə vurub və nəticədə hadisə yerində ölüb. Naxçıvan Şəhər Polis İdarəsində araşdırma aparılır.
Naxçıvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 22-də saat 15 radələrində Naxçıvan şəhəri ərazisində şəhər sakini X.Rüstəmov idarə etdiyi “Mercedes” markalı avtomobillə Babək rayon sakini M.Fərzəliyevin yolun kənarında saxladığı “VAZ-21074” markalı avtomobili və yaxınlıqda dayanan bir piyadanı vurub. Nəticədə M.Fərzəliyev hadisə yerində ölüb, piyada isə xəstəxanaya yerləşdirilib. Naxçıvan Şəhər Polis İdarəsində araşdırma aparılır.
Şəmkir rayonunun Yuxarı Çaykənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 22-də saat 10 radələrində Şəmkir rayonunun Yuxarı Çaykənd kəndi ərazisində Kəlbəcər rayon sakini R.Hüseynov idarə etdiyi “VAZ-21214” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub
21.07.2023
İyulun 21-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ötən gün Abşeron rayonunda hüquqpozmalara qarşı polisin keçirdiyi profilaktik tədbirlər zamanı cinayət və inzibati xarakterli 1962 fakt aşkar edilib
Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə polis bölmələri iyulun 21-də rayon ərazisində hüquqpozmalara qarşı növbəti dəfə gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.Belə ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Hökməli qəsəbəsi sakini Cavid Hüseynov saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 3 ədəd patron aşkar edilib.Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş Heydər Abbasov saxlanılıb. Həmin şəxsdən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilib. Bölmə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Namiq Şükürov saxlanılıb. Bu şəxsdən 2 kiloqramdan çox heroin aşkar edilib.Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah saxlayan Zaur Hüseynov tutulub. Onun üzərində 1 ədəd “TT” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar olunaraq götürülüb.Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının qeyd edilən tədbirlər çərçivəsində həyata keçirdikləri əməliyyatlar zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş Məmmədov Elşad Lətif oğlu saxlanılıb. Ondan qanunsuz olaraq əldə edib üzərində daşıdığı 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilib. Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Xırdalan şəhərində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Məmmədov Elşad Namiq oğlu da saxlanılıb. Bu şəxsdən satış məqsədi ilə əldə etdiyi 3 kiloqram heroin aşkar edilib.Abşeron rayonunda qeyd edilən tədbirlər çərçivəsində müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 9 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, “isti izlərlə” cinayətin açılması üzrə 12, narkotiklə əlaqəli cinayətlərə görə 8, küçə ticarəti, eləcə də avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 40, xırda xuliqanlığa vəxırda talamaya görə 32 fakt aşkarlanıb, mülki axtarışa görə 23 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 117 sürücü inzibati məsuliyyətə cəlb edilib. Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, sərxoş vəziyyərdə sükan arxasında əyləşən, eləcə də konstruksiya dəyişikliyi edən 14 sürücü, dayanma-durma qaydalarının pozulmasına görə 182 fakt müəyyən edilib. İtkin düşən 4 nəfər tapılaraq yaxınlarına təhvil verilib.Ötən gün Abşeron rayonunda polisin keçirdiyi profilaktik tədbirlər zamanı cinayət və inzibati xarakterli ümumilikdə 1962 fakt aşkar olunub. Abşeron rayonu ərazisində hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər mütəmadi olaraq etdiriləcək.
Bakı şəhər sakini olan bir nəfərin fotoaparatını oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini saxlanılıb
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 15-də Bakı şəhər sakini olan bir nəfərin 2500 manat dəyərində fotoaparatını oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini F.Məmmədzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır
Lökbatan qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 3 avtomobildən və 2 nəfərdən mobil telefon oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lökbatan qəsəbəsi ərazisində müxtəlif vaxtlarda “KİA”, “Mercedes” və “QAZel” markalı 3 avtomobildən və 2 nəfərdən mobil telefon oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini S.İsgəndərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.