Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bir nəfərin çantasından pul oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini saxlanılıb
21.07.2023
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bir nəfərin çantasından 200 avro və 600 lirə pul oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini A.Talıbov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Səbail rayon ərazisində bir avtomobilin salonunda olan çantadan pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini saxlanılıb
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Mercedes” markalı bir avtomobilin salonunda olan çantadan 3100 dollar, 1500 lirə və 400 lari oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini M.Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində 2 nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhəri ərazisində 2 nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Cəfərov, Gəncə ŞBPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə şəhər sakini olan bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Gəncə sakini V.Alıyev saxlanılıblar.Araşdırmalar aparılır.
Sabirabad Rayon Məmişlər kəndindəki bir həyətdən qoyun oğurlamaqda şübhəli bilinən kənd sakini və İmişli rayon sakinləri saxlanılıblar
Şahbuz rayonu Nursu kənd sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Şəmkir rayonunda müxtəlif kəndlərdə yaşayan şəxslərdən qanunsuz saxladıqları ov tüfəngi götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qapanlı kənd sakini Ə.Əsədlidən, İrmaşlı kənd sakini Ş.Piriyevdən və Zəyəm Cırdaxan kəndində yaşayan V.Alıyevdən qanunsuz saxladıqları “İJ” və “TOZ” markalı 3 ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Salyan Rayon Arbatan kəndində yaşayan şəxsin evinə baxış zamanı oradan narkotik maddələr və elektron tərəzi aşkar olunaraq götürülüb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Arbatan kəndində yaşayan əvvəllər məhkum olunmuş E.Bağırovun evinə baxış zamanı oradan 338 qrama yaxın heroin,metamfetamin, 1 kiloqramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Ağsu Rayon Xanbulaq kəndi ərazisində yabanı halda bitən çətənə kolu aşkar olunaraq məhv edilib
Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Xanbulaq kəndi ərazisində 1,5 hektar sahədən yabanı halda bitən 1 ton 250 kiloqram çəkidə 2900 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 21-də saat 22 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini S.Ələkbərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Q.Rüstəmovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Gəncə ŞBPİ 1-ci Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
20.07.2023
İyulun 19-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.