Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağdaş Rayon Qaradeyin kənd sakinindən marixuana aşkar olunaraq götürülüb
20.07.2023
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Qaradeyin kənd sakini M.Əzizovdan 4 qrama yaxın marixuana aşkar olunub. Onun idarə etdiyi “VAZ-2106” markalı avtomobilinə baxış zamanı isə 445 qram marixuana götürülüb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub
İyulun 20-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sumqayıtda “Yaşıl dərə” yaşayış massivi, eləcə də Samur-Abşeron su kanalında ətraf mühiti çirkləndirən 15 fiziki və vəzifəli şəxs cərimə edilib
Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmini məqsədilə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tədbir keçirilib. Tədbiri zamanı şəhərin “Yaşıl dərə” yaşayış massivində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları polis əməkdaşları tərəfindən aşkar olunub. Həmçinin, Samur-Abşeron su kanalını məişət tullantıları və çirkab suları ilə çirkləndirən şəxslər də inzibati məsuliyyətə cəlb ediliblər. Sumqayıt şəhərinin qeyd edilən ərazisində keçirilən tədbir zamanı ümumilikdə 15 fiziki və vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 271-ci ( sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 244-cü (torpaqların zibillənməsi və korlanması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması) və 266.4-cü (tutumların (urnaların) yerləşdirilməsi zamanı məsafənin nəzərə alınmaması) maddələrinin tələblərinə uğun olaraq cərimə edilib.Qeyd edək ki, sənaye və məişət tullantılarının qalaqlanması, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması hallarına qarşı polis əməkdaşları tərəfindən son günlər respublikanın hər bir bölgəsində bu cür tədbirlər keçirilir. Bildirmək istəyirik ki, bu iş mövsümi və kompaniya xarakteri daşımır. Sadalanan neqativ halların qarşının alınması və ölkəmizdə mövcüd olan ekoloji təhlükəsizlik mühitinin qorunması məqsədi ilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcəkdir.
Quba rayonunda yaşayan yataq xəstəsi olan qadının qızıl sırğa və üzüyünün soyğunçuluq yolu ilə talanmaqda şübhəli bilinən Nügədi kənd sakini saxlanılıb
İyulun 18-də Quba rayonunda yaşayan yataq xəstəsi olan 67 yaşlı qadının qızıl sırğa və üzüyünün soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 2-ci Nügədi kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Məstanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən marketlərin birində işçini kəsici alətlə hədələyərək oradan ətriyyat məhsulları talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 20-də saat 18 radələrində M.Xiyabani küçəsində yerləşən marketlərin birində işçini kəsici alətlə hədələyərək quldurluq yolu ilə oradan ətriyyat məhsulları talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Əzimzadə, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar A.İmamquliyev və İ.Mehrabov saxlanılıblar.Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən bir mağazada satıcını kəsici alətlə hədələyərək quldurluq yolu ilə oradan geyim əşyası talamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Abbasov saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 20-də saat 12 radələrində A.M.Şərifzadə küçəsində yerləşən bir mağazada satıcını kəsici alətlə hədələyərək quldurluq yolu ilə oradan geyim əşyası talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Abbasov saxlanılıb.Araşdırmalarla onun iyulun 18-də soyğunçuluq yolu ilə bir qadının içərisində pulu və mobil telefonu olan cüzdanını talaması da müəyyən olunub.Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Gözəllik salonunda bir qadının çantasından oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
Səbail RPİ-nin 39-cu Polis Bölməsinə iyulun 18-də rayon ərazisində yerləşən gözəllik salonunda bir qadının çantasından içərisində pul, sənəd və bank kartları olan cüzdanının oğurlanması barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakinindən ov tüfəngi aşkar olunaraq götürülüb
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini İ.İbrahimlidən lüləsi kəsilmiş “ZK” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Xətai rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini saxlanılıb
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 20-də rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini R.Cümşüdlü müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Ağstafa Rayon Soyuqbulaq qəsəbəsi ərazisində yabanı halda bitən çətənə kolu aşkar olunaraq məhv edilib
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Soyuqbulaq qəsəbəsi ərazisində yabanı halda bitən 3,2 tondan artıq çəkidə 10510 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.