Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nizami rayonu ərazisində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
18.07.2023
İyulun 18-də saat 7 radələrində Nizami rayonu ərazisində Sədərək rayon sakini E.Seyidov idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən Oğuz rayon sakini T.Manafovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Nizami Rayon Polis İdarəsində araşdırma aparılı
İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
Xaçmaz rayonunun Müqtədir qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
Xocalı rayonunun Baharlı kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir
DİN Su Nəqliyyatında Polis İdarəsi DSX Sahil Mühafizəsi ilə birgə qanunsuz balıq ovlayanlara qarşı tədbir keçirib
Balıq, həmçinin digər su bioresurslarının istifadəsinə, eləcə də mühafizəsinə nəzarəti daha gücləndirmək məqsədilə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin əməkdaşları ilə birgə növbəti profilaktik tədbir həyata keçirib. Tədbir zamanı Neftçala rayon sakinləri Zahir Cəfərov və Telman Məmmədov Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan zaman saxlanılıblar. Onlardan bir ədəd “Yamaha” mühərriki ilə təchiz edilmiş qayıq, sintetik sapla toxunmuş qanunsuz balıq ovundan istifadə olunan 5 ədəd 150 metr uzunluğunda tor, digər qadağan olunmuş balıq ovu alətləri və 262 ədəd kefal balığı aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı bu şəxslərin su bioresurslarından qanunsuz olaraq istifadə etmələri nəticəsində ekologiyaya 3000 manat maddi ziyan vurduqları müəyyən edilib.Faktla bağIı Su Nəqliyyatında Polis İdarəsi araşdırmalar aparılır.Qeyd edək ki, hazırda balıqların kürə verən vaxtı olduğu üçün balıqovlama mövsümü müvafiq dövlət orqanları tərəfindən sentyabr ayına qədər dayandırılıb. Amma aparılan araşdırmalar zamanı müəyyən edilib ki, körpə balıqların qanunsuz ovlanması paytaxt, eləcə də bölgələrdə fəaliyyət göstərən bir neçə kafe, restoran və digər ictimai iaşə obyektlərinin sahibləri tərəfindən sifariş edilir. Qeyd edilən obyektlərin sahiblərinə xəbədarlıq edilərək bildirilir ki, bu hallar təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanununauyğun olaraq ciddi tədbirlər görüləcək.Su Polisləri tərəfindən Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların ovlanmasının qarşısını almaq məqsədilə nəzarət tədbirləri sahil boyu bütün ərazilərdə davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. Youtube linki - https://www.youtube.com/watch?v=whvws3Vu8VE
Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub
17.07.2023
İyulun 17-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Şəmkir rayonunun İrmaşlı kənd sakini F.Bağırova ölümcül xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi İ.Alıyev saxlanılaraq istintaqa təhvil verilib
Şəmkir Rayon Polis Şöbəsinə iyulun 16-da rayonun İrmaşlı kənd sakini F.Bağırovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi müdaxilələrə baxmayaraq orada ölməsi barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla bu cinayət əməlinin münaqişə zəminində kənd sakini İ.Alıyevin törətməsinə əsaslı şübhələr müəyyən edilib. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Alıyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı cinayət işi başlanılıb.
İsmayıllı rayonunun Təzəkənd kəndində A.Bədəlovaya ölümcül xəsarətlər yetirməkdə şübhəli bilinən əri E.Bədəlov tutularaq istintaqa təhvil verilib
İyulun 17-də saat 14 radələrində İsmayıllı rayonunun Təzəkənd kəndində A.Bədəlovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla cinayət əməlinin qadının əri E.Bədəlovun törətməsinə əsaslı şübhələr müəyyən edilib. İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən E.Bədəlov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.
Xətai rayonu ərazisindəki restoranların birində Bakı şəhər sakini U.Musayevə qarşı quldurluq etməkdə şübhəli bilinən paytaxt sakini R.Baxışov saxlanılıb
İyulun 12-də Xətai rayonu ərazisindəki restoranların birində Bakı şəhər sakini U.Musayevin mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R.Baxışov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonunun B.Səfəroğlu küçəsində Sumqayıt şəhər sakini K.Həsənova qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Zamanov və S.Əsgərov saxlanılıblar
İyulun 15-də Yasamal rayonunun B.Səfəroğlu küçəsində 2 nəfərin Sumqayıt şəhər sakini K.Həsənovu kəsici alətlə hədələyərək 110 manat pulunu talamaları barədə polisə məlumat daxil olub. Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Zamanov və S.Əsgərov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.