Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Laçın Rayon Qarıqışlaq kəndi ərazisində yabanı halda bitən çətənə kolu aşkar olunaraq məhv edilib
20.07.2023
Laçın Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi əməkdaşlarının birgə keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Qarıqışlaq kəndi ərazisində yabanı halda bitən 2,3 tondan artıq çəkidə 5158 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Səbail rayon ərazisində avtomobillərdən içərilərində pul olan cüzdan və çantalar oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini saxlanılıb
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 11-dən 19-dək olan müddətdə rayon ərazisində 5 avtomobildən içərilərində ümumilikdə 500 manat və 4350 ABŞ dollarından çox vəsait olan cüzdan və çantalar oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş N.Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 20-də saat 19 radələrində Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində Sabirabad rayon sakini F.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 3 sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
19.07.2023
İyulun 19-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Goranboy rayonunun Dəliməmmədli şəhər sakini S.Bağırova məxsus həyətyanı sahədən 51 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Dəliməmmədli şəhər sakini S.Bağırova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 51 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Zaqatala rayonunun Aşağı Tala kənd sakini R.Babayevdən 7 qramdan artıq marixuana aşkar olunub
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş R.Babayevdən 7 qramdan artıq marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsinə baxış zamanı oradan əlavə 205 qramdan çox marixuana götürülüb.
Kürdəmir rayonunun Qacılı kənd sakini H.Qədirovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qacılı kənd sakini H.Qədirovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Şərur rayonunun Düdəngə, Siyaqut, Dərvişlər və Muğanlı kəndləri ərazisində yabanı halda bitən çətənə kolları məhv edilib
Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Düdəngə, Siyaqut, Dərvişlər və Muğanlı kəndləri ərazisində yabanı halda bitən 2600 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Ağstafa şəhəri ərazisində şəhər sakini Ü.Aslanov idarə etdiyi “Toyota” markalı avtomobillə piyadanı vurub
İyulun 19-da saat 20 radələrində Ağstafa şəhəri ərazisində şəhər sakini Ü.Aslanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi R.Abdullayevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.
Tərtər rayonunun Bəyimsarov kəndi ərazisində “VAZ-21723” markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb
İyulun 19-da saat 13 radələrində Tərtər rayonunun Bəyimsarov kəndi ərazisində Bərdə rayon sakini K.Süleymanov idarə etdiyi “VAZ-21723” markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub. Nəticədə avtomobildə olan anası və körpə oğlu xəsarətlə xəstəxanaya yerləşdirilib, uşaq orada ölüb. Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.